Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günel: "Bizimkilər Türkiyədə verilişə çıxmaq üçün yalvarırlar"

Günel: "Bizimkilər Türkiyədə verilişə çıxmaq üçün yalvarırlar"

Date: 12 November 2016 14:12

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova solo verilişində nişanlısı Cem Ozan Torunlardan bəhs edib. 

Axşam.az-ın məlumatına görə, ifaçı aparıcı Murad Arifin "Nişanlınızın mahnı oxuduğu an çəkilən videosunu izlədim. Peşəsi müğənnilikdir? Peşəkar oxuyur" sözlərinə belə cavab verib:

"Müğənniliyə heç bir əlaqəsi yoxdur. Bu istedad ata tərəfindən gəlib. Amma yaxın günlərdə belə bir məqam olacaq. Özəl bir gündə mahnı səsləndirəcək".

G.Zeynalova qardaşı Tunar Rəhmanoğlunun mahnılarından bəhs edib:

"Tunar mahnı yazanda ilk mənə qulaq asdırır. Bəyənməyəndə başqalarına verir. Qardaşımın uğuru, mənim də qürurumdur".

Müğənni azərbaycanlı həmkarlarının Türkiyə şou-biznesinə qatılma cəhdlərini "uğursuz" adlandırıb:

"Mən 12 yaşımdan oradayam. Bura ilə oranın şou-biznesi başqadır. Hər şeydən əvvəl məni İmperator çıxardı. İbrahim Tatlısəsin köməkliyi ilə sözümü dedim. Bizimkilərin mahnıları orada dinlənilir, amma başqa heç nə edilə bilmirlər. Mənə yalvarırlar ki, verilişlərə çıxım. Bizimikilər isə orada verilişə çıxmaq üçün yalvarırlar.

Çıxanda isə, sadəcə, onun bir mahnısına vaxt ayırırlar. Bu da öz sənətini göstərmək deyil. Bu sözləri hamısına yox, bəzilərinə aid edirəm. Mən verilişə çıxarkən şərt kəsirəm. Məsələn, Gülbən Ergenin verilişinə getdim. Biz reytinqdə birinci olduq. Səhəri bütün yaradıcı heyət zəng etdi ki, yenə gəl. Amma getmədim. Mən orkestrimla birlikdə və verilişə tək çıxıram".

Milli.Az


Tags:  Günel Bizimkilər Türkiyədə verilişə çıxmaq yalvarırlar

RƏYLƏR


Top news