Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerika jurnalı Hillari Klintonun qələbəsinə həsr olunmuş nömrəni səhvən satışa çıxarıb

Amerika jurnalı Hillari Klintonun qələbəsinə həsr olunmuş nömrəni səhvən satışa çıxarıb

Date: 12 November 2016 14:12

Bakı. 12 noyabr. REPORT.AZ/ Amerikanın "NEWSWEEK" jurnalı səhvən Hillari Klintonun prezident seçkilərində qələbəsinə həsr olunmuş nömrə buraxıb.
“Report” “New York Post”a istinadən xəbər verir ki, jurnalın 2 variantda buraxılışı əvvəlcədən hazırlanıb və hər iki tiraj distribyutora çatdırılıb. Distribyutor Klintonun qələbəsinə əmin olduğundan mağazalara jurnalın yalnız bir variantını göndərib. Nəticədə çərşənbə günü satışa "Madam Prezident" başlığı ilə nömrə çıxarılıb.
Qeyd edilir ki, cəmi 125 min nüsxə çap olunub. Tiraj geri çağırılıb, jurnal isə oxuculardan üzr istəyib. 


Tags:  Amerika jurnalı Hillari Klintonun qələbəsinə həsr olunmuş nömrəni səhvən satışa çıxarıb

RƏYLƏR


Top news