Türkiyəli politoloq: "Trampın gəlişi dünya siyasətini ənənəvi xətdən kənara çıxarır"

Türkiyəli politoloq: "Trampın gəlişi dünya siyasətini ənənəvi xətdən kənara çıxarır"
14:17 12 Noyabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbuldakı Bahçeşehir Universiteti Amerika Araşdırmaları Mərkəzinin baş  koordinatoru Elif Sümerval APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Donald Trampın prezident seçilməsindən sonra dünyanın bu başından o başına saysız-hesabsız dəyərləndirmələr ortaya çıxdı. Siz hansı nöqtədən baxırsınız: ABŞ-ın yeni prezidenti dünyadakı "qloballaşma və liberallaşma" məfhumlarının iflasının nəticəsidirmi?
 
- 25 dekabr 1991-ci ildə SSRİ-nin rəsmən dağılmasından sonra meydana çıxan təkqütblü dünyada ABŞ ön plana yerləşdi. "Liberalizm və neoliberalizm" məfhumlarını Bill Klinton dönəmində ABŞ-ın siyasətində yaxından gördük. Oğul Buşun hakimiyyətə gəlməsindən sonra isə "yeni konservatizm" məfhumu ABŞ siyasətinin paradiqması oldu. 2008-ci ildəki seçkidə Buşun Orta Şərq siyasətini sərt tənqid edən, ABŞ-ın artıq müharibələrə girməsinin gərəksiz olduğunu vurğulayan Obama iqtidara gəldi və İraqdan qoşunları çıxarmaqla birlikdə Suriyadakı vətəndaş müharibəsinə də aktiv şəkildə hərbi müdaxilə etmədi. Trampın 8 noyabrdakı qələbəsini heç kim gözləmirdi. ABŞ və bütövlükdə Qərb mediası təbliğat dönəmində Hillari Klintonun zəngin dövlət təcrübəsi olduğunu irəli sürərək onun prezident seçiləcəyinə daha çox ehtimal verirdi. Ancaq ABŞ xalqı böyük sürpriz etdi.
 
- ABŞ-ın siyasət arqosunda buna "qırmızı yaxalılar"ın revanşı da deyirlər...
 
- Bugünkü araşdırmalara baxanda Trampa kimlərin səs verdiyinə dair 2 cəhəti görə bilirik: seçkidən əvvəl ali təhsilli insanların Klintona səs verəcəyi təxmin edilmiş və o seçici kütləsinin seçkidə daha fəal iştirak edəcəyinə ehtimal verilmişdi. Ancaq 8 noyabrdakı seçkinin nəticəsi göstərdi ki, ABŞ siyasətində təhsildən də, dindən də daha vacib faktor varmış. Nəticələrə baxanda Trampın kənd və qəsəbələrdəki səslərin 62%-ni aldığını görürük. O, illik gəliri 30 min dollar və ondan aşağıda olan seçicilərin rəğbətini qazana bildi. Bu durumun semantikasını bu şəkildə dəyərləndirməliyik: ABŞ-da uzun müddətdən bəri siyasətçilərin əhəmiyyət vermədiyi, sanki sistemin üyüdərək ən alt təbəqələrinə itələdiyi insanlar Trampa səs verərək qələbə qazandılar.
 
- Yəni Tramp, bir növ, sosial-demokrat kimi hərəkət etdi? Türkiyədə sosial-demokratların səs almalı olduğu yerlərdən sağ-mühafizəkar AKP səs alır.
 
- Bəli. "Qırmızı yaxalı" deyilən o kütləni ölkənin şimal-şərq bölgələrində Demokrat Partiyası özünə daim yaxın görürdü, Obama onların dəstəyini almışdı. Demokrat Partiyasının əsas qalalarından biri olan Pensilvaniya ştatı belə çox az fərqlə də olsa, Trampa səs verdi. Bunun əsas səbəbi kampaniya dönəmində Klintonun o bölgələri "çantada kəklik" kimi görməsiydi. O bölgələrdə xalqla lazımi dialoq aparılmadı. Ohayo, Virciniya kimi bəzən demokratlara, bəzən də respublikaçılara səs verən kütlələrlə işləmək daha uyğun görülüncə başqa bölgələr unuduldu. Buna baxmayaraq, adını çəkdiyim ştatlarda da Tramp qalib gəldi. Lisey təhsili belə olmayan seçicilər Trampa səs verdiyi kimi, Florida ştatı da onu dəstəklədi. Halbuki oradakı "latino" deyilən seçici təbəqəsinin Klintonu dəstəkləyəcəyinə ehtimal verilmişdi. Tramp  o bölgədəki insanlarla fərdi şəkildə əlaqələr yaradaraq seçkiyə getmələrinə və ona səs vermələrinə nail oldu.
 
- Təbliğat kampaniyasındakı sərt açıqlamalarına baxmayaraq, Tramp dönəmində ABŞ-ın xarici siyasətində radikal dəyişikliklər olmayacağına dair Ağ Evin və Dövlət Departamentinin ilk açıqlamaları oldu. Siz necə düşünürsünüz?
 
- Təbliğat dönəmindən indiyə qədər Trampın xarici siyasətə dair verdiyi heç bir konkret mesajı və vədi yoxdur.
 
- Xarici siyasəti bilmədiyi üçün demir, yoxsa başqa səbəblər var?
 
- Arxasında böyük bir müşavirlər qrupu var.
 
- Seçkidən sonrakı təşəkkür nitqində komandasında təxminən 200 generalın olduğunu da demişdi. O generallar Trampın komandasında hansı işləri görəcəklər?
 
- Əslində bu, ABŞ siyasətinin üslubuna uyğun deyil. Pensiyaya çıxmış və ya hal-hazırda iş başında olan generalları başqa aktiv vəzifələrə təyin edə bilməzsiniz. ABŞ siyasəti bizim xaricdən gördüyümüzdən daha ənənəçidir. Bunun bəzi istisnaları olub: məsələn, Buşun İraq və Orta Şərq siyasətini yazan, seçki dönəmində Obamanın ən çox tənqid etdiyi Robert Geyts daha sonra Obama tərəfindən müdafiə naziri təyin edildi. Tramp Rusiyaya qarşı həmişə mülayim sözlər işlətdi...
 
- Duma üzvləri onun seçilməsini bu səbəblə ayaq üstündə alqışladılarmı?
 
- Eynilə. Çinin bölgədəki siyasəti ilə bağlı şərhlər verməkdən qaçan Tramp konkret vədlər irəli sürməyərək hamını yanıltdı. Baş müşavirinin dünən verdiyi açıqlamadan Trampın Türkiyə ilə daha isti münasibətlər qurmağa meylli olduğunu anlayırıq. Bizim hökumətimizin haqlı şəkildə tənqid etdiyi bəzi məsələlərin Tramp dönəmində həllini tapa biləcəyini ümid edə bilərik. Trampın Çin və ya Rusiya ilə aşıq atacağına inanmıram. Onun öz seçicilərinə vəd etdiyi "ABŞ-ı yenidən böyük və güclü yapaq" - şüarını həyata keçirmək üçün çalışacağına inanıram.
 
- Trampın gəlişi dünya siyasətinə rəng qatdımı? Çünki dünyada siyasət sanki bütün ölkələrin vətəndaşlarını yorub, hətta bezdirib...
 
- Trampın gəliş tərzi və qələbəsi dünyanın hər yerində siyasətə bu və ya digər dərəcədə maraq göstərən hər kəs üçün çox önəmlidir. Artıq dünyada hər şeyin boz olduğuna dair fikir aradan qalxıb. ABŞ mediası tərəfindən belə aşağılanan insanlar Trampa səs verərək qələbə qazandılar. Dünyanın hər yerində investisiyaları olub, heç bir dövlət təcrübəsi olmayan bir adamın ABŞ prezidenti seçilməsi ənənəvi siyasətlərin dəyişməsinin lüzumunu göstərib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sabirabad və Zərdabda kəndlərin içməli su təchizatı yaxşılaşdırılır

25 İyul 2017 18:57

Şri-Lankada dəhşətli qızdırma: 300 ölü

25 İyul 2017 18:57

SSRİ rəhbərliyinin kağız üzərində qalmış növbəti qərarı

25 İyul 2017 18:52

"45 yaşım var, ondan min dəfə gözələm" - FOTO

25 İyul 2017 18:52

Ağacları kəsib kafe tikdilər

25 İyul 2017 18:48

19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı - FOTO

25 İyul 2017 18:47

Telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər - Rusiyada

25 İyul 2017 18:42

Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB

25 İyul 2017 18:38

Ağstafada canavar qadına hücum etdi

25 İyul 2017 18:37

Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"

25 İyul 2017 18:37

“Android” sistemli ilk “Nokia” smartfonunun təqdimat tarixi məlum olub

25 İyul 2017 18:35

Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

25 İyul 2017 18:35

Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı

25 İyul 2017 18:33

Bakıda imtahandan qayıdan abituriyent itkin düşdü

25 İyul 2017 18:32

O da kənd həyatını seçdi

25 İyul 2017 18:32

Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

25 İyul 2017 18:29

6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü

25 İyul 2017 18:27

Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb

25 İyul 2017 18:27

İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış - FOTO

25 İyul 2017 18:27

İlham Əliyev Maldiv prezidentini təbrik edib

25 İyul 2017 18:26

Terrorçular öz taktikaları ilə qətlə yetirildilər - VİDEO

25 İyul 2017 18:23

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Könüldən Namiq etirafı: "Onunla oxumaq istəmirdim"

25 İyul 2017 18:22

Azərbaycan XİN Pakistandakı terror aktını pisləydi

25 İyul 2017 18:22

Bülənt Ərsoy şəkillərini yayanı təhdid etdi

25 İyul 2017 18:20

"Panatinaikos"da yeni müqavilə

25 İyul 2017 18:17

"Həyatını cadu ilə qurursa..." - Tünzalə

25 İyul 2017 18:17

ABŞ-dakı erməni mafiyasının gizlinləri - DOSYE

25 İyul 2017 18:17

ABŞ donanması İran gəmisinə atəş açdı

25 İyul 2017 18:17

Səfir: "Azərbaycan Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdədir"

25 İyul 2017 18:17

150 manat cərimə oluna bilərsiniz

25 İyul 2017 18:13

Qənirə Paşayeva mükafatlandırılıb

25 İyul 2017 18:09

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində valideynlər polislə mübahisə ediblər

25 İyul 2017 18:07

"Pula görə evlənir, 6 ay sonra da boşanırlar" - Eldar - FOTO

25 İyul 2017 18:05

Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb – FOTO

25 İyul 2017 18:04

Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

25 İyul 2017 18:02

4 min nəfərə yaxın müəllim imtahan verib

25 İyul 2017 18:02

Mehriban Əliyevanın nəvəsi ilə maraqlı FOTOSU

25 İyul 2017 17:58

Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"

25 İyul 2017 17:57

Rühəngiz küsülü olduğu Səməd Səmədovla bir arada - FOTO

25 İyul 2017 17:57

Göygöldə zəncirvari qəza

25 İyul 2017 17:57

Ermənistanda ali təhsil almaq istəyənlərin sayı azalır

25 İyul 2017 17:57

4 minə yaxın şəxs müəllim işləmək üçün imtahan verdi

25 İyul 2017 17:57

SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

25 İyul 2017 17:57

4 min nəfər müəllim olmaq üçün imtahan verdi

25 İyul 2017 17:53

Dollar UCUZLAŞDI

25 İyul 2017 17:53

Bakıda ərəblərdən iyrənc hərəkət

25 İyul 2017 17:53

"VAZ-2107" və "Opel" toqquşdu: yaralılar var - FOTO

25 İyul 2017 17:52