Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hillari Klintonun qızı anasının qisasını alır - FOTOLAR

Hillari Klintonun qızı anasının qisasını alır  - FOTOLAR

Klinton mumiyanın lənətinə düçar olub? (21 Mart 2017 23:52)
Nyu-Yorkda ABŞ məxfi xidmətinin noutbuku oğurlanıb (17 Mart 2017 22:47)
ABŞ məxfi xidmətinin noutbuku oğurlandı (17 Mart 2017 22:39)

Tarix: 12 Noyabr 2016 14:18

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və sabiq dövlət katibi Hillari Klintonun qızı Çelsi yaxın vaxtlarda siyasi fəaliyyətlə məşğul olacaq.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Çelsi ilk öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olmaq uğrunda mübarizə aparacaq. 36 yaşlı qadının Nyu-Yorkun 17-ci dairəsinin təmsilçisi konqresmen Nit Louini əvəz edəcəyi bildirilir. 79 yaşlı Nit Loui artıq 30 ildir Konqresdə təmsil olunur.

Bu dairənin ərazisinə Çelsinin valideynlərinin yaşadığı Çappakua şəhəri də daxildir. Həmin səbəbdən də şəhərdə klintonlar ailəsinin nüfuzu böyükdür.

Çelsinin Mahnetten şəhərində yaşamasına baxmayaraq, valideynləri avqustda ona Çappakuada 1,1 milyon dollarlıq malikanə alıblar.

Hazırda ABŞ-ın bir sıra analitikləri Çelsinin Konqresdə təmsil olunmaq arzusunu onun siyasətə gəlmək planları ilə əlaqələndirirlər.

Anar




Teqlər:  Hillari Klintonun qızı anasının qisasını alır FOTOLAR



RƏYLƏR


Top xəbərlər