Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu qol oyunun intriqasını öldürdü"

"Bu qol oyunun intriqasını öldürdü"

Date: 12 November 2016 14:27

Azərbaycanla oyunda yeganə məqsədimiz qələbə qazanmaq idi. İli 7 xalla başa vurmaq istəyirdik ki, bunun da öhdəsindən gəldik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Kris Brant deyib.

DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı 4:0 hesablı qələbəyə şərh verən futbolçu nəticədən razı qaldığını gizlətməyib: "Seçmə mərhələnin 2016-cı ildəki hissəsini yaxşı başa vura bildik. Vurduğum qola gəlincə, bu top çox önəmli idi. Hesab 3:0 olarkən rəqib topa nəzarət edib, fərqi azaltmağa çalışırdı. Mənim fərqlənməyimlə qarşılaşmanın taleyi tam həll olundu. Bu qol həm hesabda fərq artdı, həm də oyunun intriqasını tam öldürdü".

Milli.Az


Tags:  qol oyunun intriqasını öldürdü

RƏYLƏR


Top news