"Azercell" "İnsan Resursları Forumu"nda təmsil olunan yeganə telekommunikasiya şirkətidir - FOTO

"Azercell" "İnsan Resursları Forumu"nda təmsil olunan yeganə telekommunikasiya şirkətidir - FOTO
14:28 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "İnsan Resursları Forumu- 2016" adlı beynəlxalq forum işinə başlayıb.

Publika.az xəbər verir ki, toplantı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr olunub. Forumun məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Həmçinin, Azərbaycanın elm, biznes və ümumi idarəetmə sahəsində insan qaynaqlarının idarə edilməsinə olan marağı artırmaq, bu sahənin əhəmiyyətini strateji mövqeyə çatdırmaqdan ibarətdir.

Beynəlxalq miqyaslı tədbirdə telekommunikasiya sahəsini təmsil edən yeganə şirkət "Azercell Telekom" MMC olub. İki paneldən ibarət forumda tanınmış yerli və beynəlxalq qurumların rəhbərləri çıxış ediblər. Forumun 10 əsas spikerindən biri qismində "Azercell"-in prezidenti Vahid Mürsəliyev çıxış edib.

"Azercell" prezidenti bildirib ki, yarandığı ilk dövrlərdən etibarən "Azercell"-də İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur.

V.Mürsəliyev qeyd edib ki, bazarda stabil və möhkəm mövqeyə malik olan "Azercell" qlobal şirkətin bir hissəsi kimi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Bu, "Azercell" əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadilələri imkanları yaradır. Məsələn, "Azercell"-də yetişmiş mütəxəssislər indi Stokholmda, TS Avrasiya ofisinin yerləşdiyi İstanbulda, Özbəkistanda, Gürcüstanda expat olaraq fəaliyyət göstərirlər. Digər tərəfdən, "Azercell"-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir. Hazırda şirkətin elə əməkdaşları var ki, onlar öz sahəsində dünya üzrə 6-7 mütəxəssisdən biri sayılırlar.

Bir neçə ay öncə keçirilən İşəgötürən brendi araşdırmasının nəticəsində "Azercell" bazarda mövcud şirkətlər arasında 3 ən yaxşı işəgötürəndən biri hesab olunub. "Azercell" hələ 2006-cı ildən "Investors in People" - Insana Sərmayə Beynəlxalq Standartına uyğunluq sertifikatı əldə edib və hazırda Gümüş IIP sertifikatına sahibdir. "Azercell" TS Avrasiya üzrə əməyin mühafizəsinə dair OHSAS-sertifikasiyadan keçən 3 şirkətdən biridir.

V.Mürsəliyev şirkətdə mövcud olan əməkdaşlıq və qarşılıqlı yardım mühitinin daim yeni nailiyyətlər əldə etməyə imkan verdiyini vurğulayıb. Bu baxımdan, 2003-cü ildə yaradılan "Azercell" Akademiyası işçi heyətin inkişafında çox mühüm rol oynayıb. Burada həmçinin yerli bazarda bir sıra dövlət və özəl strukturlara təlimlər keçirilir.

"Azercell" Azərbaycanda ilk şirkətlərdəndir ki, əməkdaşlarına və onların ailə üzvlərinə tibbi sığorta təmin edib. Azərbaycanda telekommunikasiya bazarının lideri nəinki öz əməkdaşları, o cümlədən cəmiyyətin də inkişafına faydalı olan layihələr həyata keçirir. Bütün bu fəaliyyətlərin nəticəsi olaraq Azercell əməkdaşlarının şirkətə bağlılığı daim yüksək olaraq qalır. Ötən ilki sorğunun nəticələrinə görə, bu göstərici 87 % təşkil edib.

Qeyd edək ki, “İnsan Resursları- 2016” Forumunda insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və bu sahəni kurasiya edən yüksək vəzifəli şəxslər iştirak ediblər. Toplantıda beynəlxalq təcrübə ilə yerli qanunvericiliyinin vəhdətindən əmələ gələcək ən optimal insan resursları idarəçiliyi modellərinin formalaşması istiqamətində müzakirələr aparılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/175680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR