Şou-biznesin ZÖVQLÜ və ZÖVQSÜZLƏRİ - SİYAHI

Şou-biznesin ZÖVQLÜ və ZÖVQSÜZLƏRİ - SİYAHI
14:34 12 Noyabr 2016
177 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış stilist Anar Ağakişiyev Azərbaycan şou-biznesinin zövqlü və zövqsüz nümayəndələrinin adlarını açıqlayıb. Lent.az-ın canlı müsahibəsinə qonaq olan A.Ağakişiyev bildirib ki, şou-biznesin zövqlüləri və zövqsüzləri aşağıdakılardır:

 

                                                                          Şou-biznesin zövqlüləri;

1 Dəblilərdən ilk öncə əməkdar artist Röya Ayxanın adını çəkə bilərəm. Bu insan hər zaman dəbi diqtə edir. Röya xanım özü zövqlüdür, onun ətrafında stilist yoxdur. Yanındakılar ya saç ustasıdır, ya da makiyaj edəndir. Mən şəxsən onun ətrafında stilist görmürəm. İndi kişi bərbərləri də özünü stilist sayır. İndi mənə stilist deyəndə utanıram.

2 Xalq artisti Zülfiyyə Xanbabayevanın geyim tərzini çox bəyənirəm.

3 Əməkdar artist Tünzalə Ağayevanın da öz tərzi var. Geyimi alqışa layiqdir.

4 Aktrisa Pərvin Abıyevanın da geyimlərini xoşlayıram. Zövqlü geyinir.

5 Zövqlülər siyahısında xalq artisti Aygün Kazımovanın da adı var.

 

                                              Şou-biznesin zövqsüzləri və neytral geyinənləri

A.Ağakişiyev bildirib ki, bu açıqlamalıarına görə, heç kim oindan incimsəin: “İndi adlarını açıqlayacağım şəxslər düşünməsinlər ki, onların şəxsiyyətini təhqir edirəm, sadəcə geyimlərinə münasibət bildirirəm”.

1 Bu siyahıda ilk yeri, elə mənim öz yerlim aşıq Telli Borçalı tutur. Bu xanım geyimini düzəltməyənə qədər ondan əl çəkməyəcəm.

2 Növbəti sırada isə mahnısını çox istədiyim Şəbnəm Tovuzlu (Əsədova) durur. Onu Tolikin ad günündə də görmüşdüm, yaxşı geyinməmişdi. Sadəcə yayda gördüyümü deyirəm. Bəlkə indi zövqü düzəlib.

3 Müğənni Elnarə Xəlilova sıradan bir tamaşaçı kimi görsənir. Elnarənin saçını heç bəyənmədim. Yaşından böyük görsənir. Zövqündə ofis geyiminə daha çox üstünlük verib. Elə də pis geyinməyib. Amma bundan da yaxşı ola bilər.

4 Müğənni Natavan Həbibi isə geyimi ilə  neytral mövqedədir. Nə zövqlü, nə də zövqsüzdü. Çox istərdim ki, qabarıq geyinsin. Çünki səhnədə olan insan fərqli olmalıdır.

5 Müğənni Günay İbrahimli əvvəllər zövqlü müğənnilər siyahısında idi. Amma son vaxtlar nədənsə neytral geyinir.

6 Müğənni Sevda Yahyayeva ümumiyyətlə zövq baxımından büdrəyir. İstərdim ki, əvvəlki pilləyə qayıtsın. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR