Elçin Əzizov: "Azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar" - FOTO

Elçin Əzizov: "Azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar" - FOTO
14:37 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist və xanımı dünya ulduzları ilə - FOTO (09 May 2017 12:22)
Yusifin xanımı ilə öpüşdüyü FOTO (24 Aprel 2017 12:17)
Dünyanın ən gözəl opera teatrları - FOTO (11 Fevral 2017 21:05)

Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyində tanınmış opera ifaçısı, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Elçin Əzizovun mətbuat konfransı keçirilib. Milli.Az Trend-ə istinadən bildirir ki, E. Əzizov jurnalistlərlə görüşdə Moskvada Böyük Teatrın səhnəsində özünün yaradıcılıq fəaliyyəti barədə danışıb, gələcək planları ilə bölüşüb. Görüş çox mehriban və səmimi şəraitdə keçib.

Söhbət bu il 55 illiyini qeyd edən Şən və Hazırcavablar Klubundan (ŞHK) başlayıb. E. Əzizov 1992-2001-ci illərdə ŞHK-nın əfsanəvi "Bakılı oğlanlar" komandasının tərkibində olub. "Bakılı oğlanlar" komandası 1992-ci il ŞHK Yüksək Liqasının çempionu, 1995-ci il ŞHK Yay kubokunun qalibi, ŞHK Super kuboku və "XX sərin ən yaxşı komandası" adının (2000-ci il) sahibidir.

Hazırda E. Əzizov Azərbaycanın yaradıcı intelligensiyasının yeni nəslinin parlaq nümayəndəsidir. Bundan başqa, o, Rusiyanın məşhur Böyük Teatrın solisti olmuş ilk azərbaycanlıdır. Hərçənd, onun gələcək həyat yolu seçimi qarşısında qaldığı vaxt olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetini "Kino rejissoru" ixtisası üzrə bitirib, kinoda çəkilib (Azərbaycan, Rusiya, Türkiyə), bir neçə film və teatr quruluşunun rejissoru olub.

E. Əzizov bildirib: "Mən oxumağa məşhur "Cücələrim" uşaq ansamblında başlamışam. Hələ sovet dövründə respublikanın əsas səhnəsində mühüm şəxslər və partiya işçiləri qarşısında xorun aparıcı solisti qismində ifamı xatırlayıram. O zaman qorxulu adı olan "Salam, kommunizm" mahnısını ifa etdik (gülür). Mənim səsimin mutasiya dövrü idi və konsertdən sonra nəinki səsini itirdim, hətta danışa bilmirdim. Ümumiyyətlə, kommunizm ilə bəxtim gətirmədi (gülür). Sonra bərpa oldum və artıq gənc yaşlarında növbəti çıxışım "Bakılı oğlanlar" komandasının heyətində oldu. Çox gözəl komanda idi və orada iştirak "Bakılı oğlanlar" komandasının hər bir artistinin şəxsiyyətinin formalaşmasında vacib rol oynayıb. Yeri gəlmişkən, bu il məni Dövlət Kreml Sarayında keçiriləcək yubiley oyununda iştirak etməyə dəvət ediblər. Mən dəvətə görə səmimi təşəkkürümü bildirdim, amma Bakıda planlaşdırılan "Karmen" tamaşasına görə alınmadı. Gözəl illər idi!".

Onun sözlərinə görə, həmin illər opera ifaçısı olmaq fikrində belə olmayıb: "Halbuki bir çoxları gözəl səsimin olduğunu qeyd edirdilər". Və nəhayət, E. Əzizov həyatında yeni səhifə açmaq qərarına gəldi. 29-30 yaşlarında klassik vokal ilə məşğul olmağa başladı, Zaltsburqda (Avstriya) "Motsarteum" konservatoriyasında təhsil alıb və Bakıya qayıdıb. Təsadüfən həmin vaxt Qalina Vişnevskaya Bakıya gəlib, E. Əzizovu dinləyib və onu özünün mərkəzinə dəvət edib. Bununla da o, 2007-ci ildən Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin stajçısı və solisti olub, 2008-ci ildən isə Böyük Teatrın opera truppasının solistidir. Opera müğənnisi və balet ustaları üçün Böyük Teatrın truppasına düşmək idmançının Olimpiadada qalib gəlməsinə bərabərdir. Rusiya, Avstriya, İtaliya, Fransa, Mərakeş, ABŞ və digər ölkələrdə böyük uğurla çıxış edib.

E. Əzizov deyib: "2008-ci ilin noyabrında Böyük Teatrın opera truppasının ştat solisti oldum. Bu çox gözəl və ifadə oluna bilməyən hisslər idi! İlk günlərdən Böyük Teatrda qabaqcıl partiyaları ifa etməyə başladım. Çaykovskinin "İolanta" operasında mavritaniyalı həkim İbn Hakiyə partiyasındakı debütüm karyeramda taleyüklü oldu və Avstriya, İtaliya, Polşa və ABŞ-ın qabaqcıl səhnələrinə qapıları açdı. Böyük Teatrın solisti olmaq təkcə böyük şərəf deyil, həm də cəmiyyətdəki davranışa müəyyən iz qoyan böyük məsuliyyətdir. Üstəlik, öyrəndim ki, Böyük Teatrın iki əsrdən çox tarixi ərzində truppanın ştat solisti olan ilk azərbaycanlıyam. Və bu mənim üçün böyük fəxr idi! Bir ildən sonra bizim daha bir gözəl ifaçımız oldu- azərbaycanlı Dinara Əliyeva. Biz bir çox tamaşalarda oynadıq və o özünün məharəti ilə tamaşaçıları və opera incəsənəti sevərlərini fəth edirdi. Hazırda Avropada Əvəz Abdulla və Azər Rzazadə böyük uğurla çıxış edirlər. Daha bir fəxrimiz dostum Yusif Eyvazovdur. Ötən ay Böyük Teatrda Cakomo Puççinin "Manon Lesko" operasının premyerası uğurla keçdi, premyerada əsas partiyanı Yusif Eyvazov, onun həyat yoldaşı, dünya ulduzu Anna Netrebko və mən ifa etmişik. İki azərbaycanlı vokalçı bir tamaşada idilər, Rusiya KİV-ləri bu barədə premyeradan hələ bir əvvəl yazırdılar, sonra isə əsl triumfun olduğunu vurğulayırdılar. Əgər tamaşaçı olsaydım, dünya səhnəsində həmyerlilərimizin bu cür uğuruna görə gözlərimdən iftixar göz yaşları axardı! Hələ Azərbaycanın opera incəsənəti tarixində dünyanın məşhur səhnələrində eyni zamanda çıxış edən bu qədər gözəl vokalçı olmayıb. İnsan pasportunu, yaşayış yerini dəyişə, digər ölkənin vətəndaşı ola bilər, lakin o heç vaxt milliyətini dəyişməz. Dünyanın heç bir yerində hansı ölkəni təmsil etdiyini soruşmurlar, hansı millətə mənsub olduğunu soruşurlar. Və biz deyirik - azərbaycanlı və bu çox qürurla səslənir! Hazırda azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar".

E. Əzizov qeyd edib ki, noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış etmək üçün Moskvadan Bakıya gəlib. E. Əzizov bəstəkar Jorje Bizenin dünya opera incəsənətinin xəzinəsi sayılan "Karmen"də Eskamilyo partiyasını ifa edəcək. Opera teatrının rəhbərliyilə Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk opera teatrının (Polşa) qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib. Tamaşada, həmçinin Ukrayna Milli Operasının öncül solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xoze partiyası), eləcə də opera və balet teatrının qabaqcıl solistləri iştirak edəcəklər.

E. Əzizov bildirib: "Birlikdə çox çıxış etdiyimiz İrina Jitinska Bakıda iştirak etməyə dəvət alanda mənə zəng edərək dedi: "Mən sənin vətənindən dəvət almışam". Mən cavab verdim: "Düşünmədən razılaş!". İki ildir doğma Bakıda çıxış etmirdim və çox həyəcanlanıram. Başa düşürsünüz, doğma səhnədə çıxış etmək böyük məsuliyyətdir, çünki bilirsən ki, zalda dostların, doğmaların və yaxınların əyləşiblər, onların simalarını görürsən və istəyirsən ki, hər şey ən yüksək səviyyədə keçsin. Lakin bu məni daha da ruhlandırır və güc verir ki, bütün məharətimi göstərim və ürəyimin əziz tamaşaçılarını sevindirim! Bu mənada mən çox xoşbəxt insanam!".

Yekunda artist əlavə edib ki, azərbaycanlı klassiklərin əsərləri üzrə operada çıxış etməyi, eləcə də operanı tamaşaya qoymağı arzu edir: "Mənim rejissor ixtisasımla opera ifaçılığını bir araya gətirərək bir sıra tamaşalar qoymaq kimi böyük arzum var. Səhnədəki təcrübəm, gözəl rejissorlarla, aktyorlarla və vokalçılarla iş bu arzunu həyata keçirməkdə mənə əminlik verir. Öz potensialımı hiss edirəm və düşünürəm ki, gələcəkdə buna müəssər olacam. Bunun Bakıda, Moskvada və ya digər şəhərdə olacağını isə zaman göstərəcək".

Mətbuat konfransından sonra jurnalistlər E. Əzizovu uzun müddət buraxmayıblar, onların hər biri öz sualını verir, şəkil çəkdirirdi, öz aralaında isə deyirdilər: "O, Azərbaycanın əsl iftixarıdır!"

Milli.Az












RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42