"Fənərbaxça" universitet yaradır

"Fənərbaxça" universitet yaradır
14:37 12 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mediasında "Fənərbaxça” futbol klubunun yeni universitet yaradacağı barədə xəbərlər yayılıb. Sözügedən məsələ ilə bağlı "Fənərbaxça” klubu ilə əlaqə saxladıq.
 
Klubun Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatından ANN.Az-a bildirilib ki, universitetin yaradılması ilə bağlı məlumatlar doğrudur:


"Türkiyə Respublikası Yüksək Tədris Qurumu (YÖK) "Fənərbaxça” İdman Klubunun "Fənərbağça” Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatı vasitəsilə universitet yaratmaq layihəsini təsdiqləyib. Universitetimizin sənədləri YÖK tərəfindən təsdiq edildi və bundan sonra Milli Təhsil Nazirliyi və Türkiyə Böyük Millət Məclisinin (TBMM) təsdiqinə göndərilib. TBMM-dən sonra prezident təsdiqinə təqdim ediləcək. "Rəsmi qəzet”də bu barədə məlumat dərc olunduqdan sonra universitetimiz hüquqi status qazanacaq. Daha sonra təhsil-tədris planlaşdırılması, mövcud infrastruktur imkanlarına əlavə olaraq, fiziki genişlənmə və akademik proqramların bir neçə il ərzində inkişaf etdirilməsi işlərinə başlanacaq”


"Fənərbaxça Universiteti idman elminin inkişafını əsas hədəf kimi götürüb. Bununla yanaşı, digər elm sahələrini də əhatə edəcək bir dünya universiteti formatında qurulur. Təhsil ocağında İdman elmləri, Sağlamlıq elmləri, Mühəndislik və Memarlıq, İqtisadiyyat və İdarəetmə, İctimaiyyətlə əlaqələr fakültələri də fəaliyyət göstərəcək. Eyni zamanda, magistratura mərhələsi üçün Sosial elmlər, Sağlamlıq elmləri fakütələri də daxil olmaqla, ümumilikdə, 5 fakültə və 20 akademik bölmə üzrə tədris prosesi təşkil olunacaq”, - deyə Klubun Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatının sədri professor Əli Rza Böyükuslu bildirib.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquot-universitet-yaradr-t54097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR