Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Dostluq" parkı ərazisinin qanunsuz satılmasına görə tutulanların şikayəti əsasında məhkəmə başlayıb

"Dostluq" parkı ərazisinin qanunsuz satılmasına görə tutulanların şikayəti əsasında məhkəmə başlayıb

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən şəxs bəraət qazandı (14 Mart 2017 17:47)
Məhkəmə qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilən şəxsə bəraət hökmü çıxarıb (14 Mart 2017 15:42)
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb (11 Mart 2017 16:17)

Tarix: 12 Noyabr 2016 14:42

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Bir müddətdən sonra T.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Məhkəmə prosesində T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbirinə dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 7 il 6 ay, F.Quliyev 7 il, T.Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Teqlər:  Dostluq parkı ərazisinin qanunsuz satılmasına tutulanların şikayəti əsasında məhkəmə başlayıb



RƏYLƏR


Top xəbərlər