Qadınlar, ​yoxsa kişilər? - Kim daha yaxşı işləyir?

Qadınlar, ​yoxsa kişilər? - Kim daha yaxşı işləyir?
14:43 12 Noyabr 2016
390 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınlar niyə saqqallı kişiləri bəyənir? (30 May 2017 18:24)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır - TƏQVİM (22 May 2017 08:12)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır - TƏQVİM (22 May 2017 08:01)

Qadın da, kişi də hər bir sahədə bacarıqlı ola bilər; burada xarakter, ailədən gələn yanaşma böyük rol oynayır.

Bizim cəmiyyətdə hesab olunur ki, hansı sahə olur-olsun, orda kişilər qadınlardan daha yaxşı işləyirlər. Bunu isə qadınların uşaqlara, məişət problemlərinə, seriallara, dəb xəbərlərinə daha çox vaxt ayırmaları ilə izah edirlər. Psixoloqlar isə qadınların işgüzar mühitdə daha inadkar olduğunu, daha səylə çalışdığını bildirirlər. Onların dediklərinə görə, fərqi yoxdur, kişi, yoxsa qadın, hər şey xarakterdən asılıdır.

Dünya İqtisadi Forumunun hesabatında bildirilir ki, qadınlar bir ildə kişilərdən 39 gün daha çox işləyirlər. Bir günə görə də qadınlar kişilərdən 50 dəqiqə çox işləyirlər.

Hesabatda qeyd olunub ki, ödənişsiz işlərdə qadınlar üstünlük təşkil edir və qadınla kişi arasındakı iş tarazlığı 170 ildən sonra təmin olunacaq. Hər il 1 milyon qadın iş prosesinə qoşulur. Gördüyü işin ödənişini alan kişilərin nisbəti qadınlara görə 34 faiz daha çoxdur. Lakin uşaq və yaşlılara baxmaq, ev işləri kimi pulsuz işlər də daxil edildikdə, qadınlar kişilərdən daha çox çalışır.

Psixologiya Nitq və İnkişaf Mərkəzinin rəhbəri Vəfa Rəşidovanın "Ekspress"ə bildirdiyinə görə, bizim cəmiyyətdə qadınların idarəçiliyi bacarmaması tendensiyası var: "Xüsusilə də, kişilər arasında qadınların bu sahədə bacarıqsız olduğunu, uğur qazana bilməyəcəyini düşünənlər çoxdur. Əksəriyyət qadınların ağır işlərin öhdəsindən gələ bilməyəcəyini güman edir. Əslində bu, fərdi bir yanaşmadır. Qadının hansı sahədə nə dərəcədə bacarıqlı olması xarakterə bağlıdır".

Dediyinə görə, elə qadınlar var ki, stressə davamiyyətləri yüksəkdir, onlar bütün işlərin öhdəsindən gələ biləcəklər. "Ağır və ya yüngül iş olduğu fərq etmir. Burada motivasiya da böyük önəm daşıyır. Bir xanım və ya bir bəyin motivasiyası yüksəkdirsə, stressə davamlıdırsa, məqsədyönlüdürsə, həmin insan çətin və yüngül işləri bir-birindən ayırmayacaq. Elə insanlar da var ki, stressə davamiyyətləri zəifdir. Onların motivasiyası da aşağı olur, eyni zamanda özgüvən problemi yaşayırlar. Belə insanlar fərq etmir, qadındır, kişidir. Motivasiyası yoxdursa, özgüvəni aşağıdırsa, stressə davamiyyətsizdirsə, işgüzar sahədə özünü zəif göstərəcək".

Rəşidova qeyd edib ki, hər bir sahədə həm qadın, həm də kişi bacarıqlı ola bilər: "Sadəcə, burada xarakter, ailədən gələn yanaşma böyük rol oynayır. Bəzi insanlar hər işi özlərinə yaxın buraxmazlar, çünki onların yaxınları, valideynləri bunu bir o qədər də dəstəkləmirlər. Dəstəkləmirlərsə, onlar da o işin dalınca getmirlər. Hətta elə də olur ki, ailə övladların arzuladığı işin arxasınca getməyinə qarşı çıxır, övladlarını o işdə uğur qazana bilməyəcəyinə inandırır. Həmin şəxs də ailəsinin fikirlərinə fokuslandığından, istədiyi işin arxasınca getsə belə, onda alınmır".

Psixoloq onu da deyib ki, uşaqlıqdan qızlar daha səliqəli, məsuliyyətli və sözəbaxan olurlar: "Oğlan uşağına ailədə əsasən nəslin davamçısı kimi baxırlar. Bu səbəbdən də qızlar uşaqlıqdan daha çox çalışqanlıq, bacarıq nümayiş etdirməyə çalşırlar ki, valideynləri, böyükləri tərəfindən tərif eşitsinlər. Oğlana isə dəcəlliyə, sərbəstliyə şans verilir.

Analar oğullarını həmişə güclü, böyüdükdə nüfuzlu bir insan kimi görmək istəyir və buna doğru yönəldirlər. Onlar oğlanlara uşaqlıqdan şəxsiyyətini göstərməyə imkan yaradırlar. Oğlanın hüquqları, sərbəstliyi qıza nisbətən daha çox olur. Valideynlərin qızlardan isə gözləntiləri az olur. Əksər hallarda qızlar bu psixologiyada böyüdükləri üçün özlərini rəhbər, lider rolunda görmürlər. Daha çox müəllimə, həkim, incəsənət sahələrində özlərini sınayırlar. Oğul övladı olmayan ailələrdə bəzən fərqli psixoloji istiqamətlə böyüyən qızlar olur".

İş sahəsində digər fərq qadınların kişilərə nisbətən stressə davamlı olması, yeni mühitə asan adaptasiya olmasıdır. Tarixən qadın ər evinə gedib və yeni ailəyə uyğunlaşmalı olub. Ailənin möhkəmliyi, nikahın uğuru bu amildən asılı olur. Bu da qadınlarda stressə uzun müddət davamlılığı formalaşdırıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

27 İyun 2017 08:01

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdı - FOTO

27 İyun 2017 07:57

FTB-nin yeni direkroru Rey olacaq?

27 İyun 2017 07:52

“Əgər sevgilim müsəlman olsa...” - FOTO

27 İyun 2017 07:52

“App Store”da qlobal təmizlik aparılacaq

27 İyun 2017 07:52

Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

27 İyun 2017 07:48

Azərbaycanlı kafedə namaz qıldığına görə cərimələnib

27 İyun 2017 07:47

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

27 İyun 2017 07:47

Bakıda taksi yaşlı qadını vurdu

27 İyun 2017 07:47

Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

27 İyun 2017 07:43

İlk döndərilən yumşaq robot hazırlanıb

27 İyun 2017 07:42

Laricani Rusiyanı müdafiə etdi

27 İyun 2017 07:39

Tanrının gözəllik lütf etdiyi İslandiya - FOTO

27 İyun 2017 07:37

“Airbus” robot vertolyot hazırlayıb

27 İyun 2017 07:37

"Ağıllı" yorğan hazırlanıb - VİDEO

27 İyun 2017 07:27

Su duzdan daha yaxşı təmizlənəcək

27 İyun 2017 07:12

Merkeldən Avropaya ÇAĞIRIŞ: "Fəallaşın!"

27 İyun 2017 06:58

Moskva ABŞ-ı Suriya ordusuna təxribat xarakterli zərbələr endirməməyə çağırıb

27 İyun 2017 06:57

Göl sahilində modern koma - FOTO

27 İyun 2017 06:32

Bakıda 6 otaqlı ev yanıb

27 İyun 2017 06:15

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04