Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycasn Prezidenti Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib

Azərbaycasn Prezidenti Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib

Bayraq dirəyi iki ölkəni bir-birinə vurdu (07 Mart 2017 10:23)
Albaniya prezidenti Bakıya gəlir (13 Fevral 2017 14:23)

Tarix: 12 Noyabr 2016 14:57

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.
"Report" xəbər verir ki, dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.
Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.




Teqlər:  Azərbaycasn Prezidenti Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib



RƏYLƏR


Top xəbərlər