Neft ucuzlaşdı, vergilər azaldılacaq

Neft ucuzlaşdı, vergilər azaldılacaq
15:08 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə neftin gələcək həcmi və qiyməti müzakirə mövzusu oldu. Beynəlxalq Enerji Agentliyi aylıq hesabatında oktyabr ayında qlobal təklifin gündəlik 800,000 barel artımla 97.8 milyon barelə yüksəldiyini bildirdi. Qeyd etdi ki, OPEC-in istehsalını artırmasının arxasında Rusiya, Braziliya, Kanada və Qazaxıstan kimi ölkələrin istehsallarını artırması dayanır. Agentlik 2016-cı il üzrə tələb artımı proqnozunu gündəlik 1.2 milyon bareldə saxlayıb.

Bu arada Neft İxracatçısı Ölkələr Təşkilatı (OPEC) noyabr ayının sonunda toplanaraq neft istehsalının ilə 32,5- 33 milyon barel səviyyəsinə endirilməsi təklifini müzakirə edəcək. Ancaq üzvlər arasında istehsal səviyyəsinə dair fikir ayrılığı var. Məhz bu fikir müxtəlifliyi hasilatın ciddi şəkildə azaldılacağı ehtimalını şübhə altına qoyur.

OPEC-in Dünya Neft Görünüşü Hesabatında 2017-ci ildə bazarda neft bolluğu yaranacağını, 2040-cı ilə qədər qlobal enerji tələbinin 40 faiz artaraq gündəlik 382 milyon 100 min barel neft ekvivalentinə yüksələcəyini bildirməsi məsələni daha da mürəkkəbləşdirir. Proqnozlara görə, 2040-cı ildə qalıq yanacaqların qlobal enerjidəki payı 77 faizə yüksələcək. Qalıq yanacaqların içində təbii qaz 27 faiz ilə ən böyük pay sahibi olacaq. Ondan sonra yerləri 26 faiz ilə neft və 24 faiz ilə kömür bölüşür. Enerji tələbində bərpa olunan enerji qaynaqlarının payı 17 faiz, nüvə enerjinin payı isə 6 faiz olacaq.

Enerjiyə tələb artımının böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən qaynaqlanacaq. Qlobal enerji tələbində bu ölkələrin payı 63 faizə yüksələcək.

Göründüyü kimi, neftin gələcək həcmi, qiyməti hələ də qeyri müəyyəndir. Fakt odur ki, hazırda bazarda neft ucuzdur. Birmənalı şəkildə istehsalçı ölkələr bundan itirirlər. Bu səbəbdən Səudiyyə Ərəbistanı 266 milyard 600 milyon dollar dəyərində layihələri dayandırmaq məcburiyyətində qalıb.

Bununla bağlı hökumətdə yuxarı səviyyədə iqtisadiyyat və inkişafa həsr olunmuş toplantı keçirilib. İclasda ümumi həcmi 266 milyard 600 milyon dollar dəyərində olan bir neçə iri layihənin icrasının dayandırılması ilə bağlı qərar verilib. Dayandırılan layihələrin məzmununa dair ətraflı məlumat verilməyib. Ər-Riyad rəhbərliyinin sentyabrın 26-da açıqladığı son “kəmər sıxma” paketində nazirlər, dövlət məmurları və Şura Məclisi üzvlərinin maaş və digər ödənişləri azadılmışdı.

Səudiyyə Ərəbistanı keçən il 98 milyard dollar olan büdcə kəsirini 2016-cı ildə 87 milyard dollara endirəcəyini açıqlamışdı.

FED-in dekabrda faizləri artırıb-artırmayacağı da ABŞ-da yeni prezidentin seçilməsi ilə qeyri-müəyyən qaldı. Hiları Klintonun qələbə qazanacağına dair ehtimallar yüksək olduğu zaman FED-in faiz artımına gedəcəyi yönündə gözləntilər 80 faizə yüksəlsə də, Donald Trampın prezident olması bu faizləri 50-yə endirdi. Bununla belə FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard dekabr ayının faizləri artırmaq üçün məqbul bir zaman olduğunu açıqladı. Bullard Donald Trampın ABŞ-da prezident seçkisində qələbəsindən bu yana iqtisadiyyat barədə fikrini dəyişmədiyini dilə gətirdi: “Bizim fikrimiz tək bir faiz artımı istiqamətindədir. Dekabr ayının faiz artımı üçün məqbul zaman olduğunu düşünürəm. Son məlumatlara baxanda ÜDM-in artımı üzrə iqtisadiyyatın isindiyini demək olar.”

Nəzərə çatdıraq ki, Bullardın Federal Açıq Bazar Komitəsinin (FOMC) bu ilki iclaslarında səsvermə hüququ var.

FED-in dekabrda faiz artımına gedəcəyini qurumun sədrlərindən biri Jefrrey Lacker də təsdiqlədi. O deyib ki, prezident seçkisini Respublikaçı Donald Trampın qazanması dekabrda faiz artımı ehtimalını azaltmayıb:

“Gələn ay faiz artırmı ehtimalı hələ də güclüdür”.

Lacker eyni zamanda ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın vergiləri aşağı salmağı planlaşdırdığını xatırladaraq “əgər bu təşəbbüs həyata keçirilsə, faiz artımında daha sürətli hərəkət etməliyik”- deyə bildirib.

Dünyanın ikinci böyük iqtisadiyyatı Çindən də xəbər var. Bu ilin oktyabr ayında Çinin ixracı illik müqayisədə 7,3% azalaraq 178,2 mlrd. ABŞ dolları, idxalı isə son 1 ildə 1,4% azalaraq 129,1 mlrd. dollar təşkil edib. Qeyd edək ki, "Reuters" agentliyi tərəfindən keçirilən sorğuda analitiklər ixracın oktyabr ayında 6%, idxalın isə 1% azalacağını proqnozlaşdırmışdılar. Sentyabr ayında Çinin ixracı illik müqayisədə 10%, idxalı isə 1,9% azalıb.

Nəticədə xarici ticarət balansının müsbət saldosu 49,6 mlrd. dollar təşkil edib. Xarici ticarətin həcmi isə illik müqayisədə 4,9% azalaraq 307,3 mlrd. dollar olub. Qeyd edək ki, 2015-ci ildə Çinin xarici ticarətinin müsbət saldosu 594,5 mlrd. dollar təşkil edib.

İş dünyası

Yola saldığımız həftə Azərbaycan əsilli milyonçu Telman İsmayılova məxsus “Mardan Palace”nin icra yoluyla reallaşdırılan satış tenderi Antaliya VI İcra Hüquq Məhkəməsi tərəfindən ləğv edildi. Bu barədə otelin meneceri Çətin Pəhləvan açıqlama verdi. Onun sözlərinə görə, Türkiyə turizminin böyük problemlərlə üz-üzə qaldığı 2016-cı ildə “Mardan Palace” böhran yaşayıb: “Apardığımız mübarizə nəticəsində Antalya VI İcra Hüquq Məhkəməsi satış tenderinin ləğvi üçün açılan iddianı təmin etdi”.

“Facebook”un yaradıcısı Mark Zukerberq ilin iş adamı seçildi.“Fortune” jurnalının qiymətləndirməsinə əsasən Zukenberq ən yaxşı iş adamıdır.

Jurnal bildirir ki, M.Zukerberq 32 yaşında 375 milyard dollar dəyərində şirkət qura bilib. Bu şirkətin gəlirləri 22 milyard dollar təşkil edir.

İkinic yeri “Amazon” şirkətinin sahibi Cef Bezoz, üçüncü yeri isə “Ulta Beauty” şirkətinin direktoru Meri Dillon tutub.

Rusiyanın “Gazprom” şirkətinin 2016-cı ildə “Türk axını” boru kəməri layihəsinə qoyacağı investisiyanın 23,5 mlrd. rubl (təqribən 370 mln. ABŞ dolları) olacağı planlaşdırılır. Layihə üçün “Gazprom” ötən il 64,673 mlrd. rubl xərcləyib. Qeyd edək ki, oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlər arası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Başa vurduğumuz həftə "Bakı Fond Birjası"nda bağlanan əqdlərin sayı 50 faizə yaxın azalıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə 4,403 mlrd. manatlıq əqd bağlanılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,7% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 18% azalaraq 36 385-ə düşüb.

Birjanın ümumi dövriyyəsinin 81,8%-i və yaxud 3,603 mlrd. manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu, illik müqayisədə 38,9% azdır.

Cari ilin ilk 10 ayında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları fond bazarının 10,3%-ni və yaxud 455 mln. manatlıq hissəsini əhatə edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu bazarda 2,37 dəfə artım olub.

Əvəzində səhm bazarının həcmi 57,4% azalaraq 117 mln. manat, istiqraz bazarının həcmi isə 86,3% azalaraq 226 mln. manat təşkil edib.

Repo əməliyyatlarında azalma isə daha kəskin olub. Belə ki, hesabat dövründə BFB-də cəmi 2,1 mln. manatlıq repo əməliyyatı aparılıb ki, bu da son bir ildə təxminən 47 dəfə azalma deməkdir.

Daha bir xəbər ölkədə dollarlaşmanın artmasına dairdir. Azərbaycanda əhalinin bank əmanətlərinin strukturuna görə, dollarlaşma dərəcəsi oktyabr ayının 1-nə 81,75% təşkil edib. Keçən ay bu göstərici 81,6% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 75,7% təşkil edib. Cəmi depozit bazasında oktyabrın 1-nə dollarlaşma dərəcəsi 78,64% olub. Keçən ay bu göstərici 81,04%, ilin əvvəlində 81,6%, 2015-ci ilin analoji dövründə isə 75,41% təşkil edib.

Kreditlərin strukturunda isə bu il sentyabrın 1-nə dollarlaşma dərəcəsi 47,29%, oktyabrın1-nə 48%, ilin əvvəlində 49,4%, ötən ilin analoji dövründə 44,11% olub.

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi də çoxalıb. 2016-cı il oktyabrın 1-nə həmin rəqəm 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.

Hər birinizə uğurlu həftə sonu

Məndən bu qədər….

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tramp Kanada dollarını çökdürüb

25 Aprel 2017 12:41

“Azərişıq”da İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarla bağlı iclas keçirilib

25 Aprel 2017 12:41

Bakı-2017: Biz sizin üçün çalışırıq

25 Aprel 2017 12:41

ABŞ casusunun Moskva MACƏRALARI - VİDEO

25 Aprel 2017 12:38

Ölmüş qadına yazılan eşq məktubu

25 Aprel 2017 12:38

Azərbaycanda yaşayış evlərinin mehmanxana kimi istifadə edilməsi mümkün olacaq

25 Aprel 2017 12:37

Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırlıb

25 Aprel 2017 12:37

Türkiyənin baş naziri: “Yaxın aylarda hökumətdə dəyişiklikləri müzakirə edəcəyik”

25 Aprel 2017 12:37

İnnovativ virtual reallıq kamerası nümayiş olunub

25 Aprel 2017 12:35

Məşhur rok ifaçı ölümcül virusa yoluxdu

25 Aprel 2017 12:34

"Real" Zidanı göndərsə, onu gətirməyi planlaşdırır

25 Aprel 2017 12:32

Azərbaycanda qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb

25 Aprel 2017 12:31

Azərbaycan XİN "İndependent" qəzetində dərc edilmiş məqaləyə cavab verib

25 Aprel 2017 12:31

Qadının burnundakı nöqtəyə 15 saniyə baxın

25 Aprel 2017 12:31

Əziz Seyidov Ali Məhkəməyə hakim gedir

25 Aprel 2017 12:29

Gənc Tamaşaçılar Teatrının may repertuarı - CƏDVƏL

25 Aprel 2017 12:27

Parlament "Yol hərəkəti haqqında" qanununa dəyişiklik edib

25 Aprel 2017 12:26

“Goranboy Gips” səhmdarlarına hesabat verəcək

25 Aprel 2017 12:26

Bakıda 6 ailəyə məxsus evlər sökülüb, tikinti şirkəti iddialara münasibət bildirib

25 Aprel 2017 12:26

Milli Məclisin gündəliyi dəyişdi

25 Aprel 2017 12:25

Tanınmış müğənninin yaşama şansı qalmayıb

25 Aprel 2017 12:24

Cennifer Lopesin valehedici yaz stili - FOTOLAR

25 Aprel 2017 12:23

İşıq idarələrinə xüsusi tapşırıq verildi - FOTO

25 Aprel 2017 12:22

"Başqa yollarla məşhurlaşdım" - Müğənnidən MARAQLI ETİRAF

25 Aprel 2017 12:22

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI

25 Aprel 2017 12:18

Teo Uiks "Ermis"ə qayıdır

25 Aprel 2017 12:17

Bakıda qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu MƏLUM OLDU

25 Aprel 2017 12:17

Milli Məclisdə nələr müzakirə ediləcək? - SİYAHI

25 Aprel 2017 12:17

Evinizin rahatlığı üçün yeni imkan - FOTO

25 Aprel 2017 12:17

Ağciyər xərçənginin qarşısını alan içki - SADƏ RESEPT

25 Aprel 2017 12:17

Milli Məclisin növbəti plenar iclası başlayıb

25 Aprel 2017 12:17

BƏƏ Gənclər və İdmanın İnkişafı Baş İdarəsinin işçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

25 Aprel 2017 12:16

Milli Məclis idarəetmə sistemində yeni struktur və vəzifələrin yaradılması ilə bağlı layihəni qəbul edib

25 Aprel 2017 12:16

MİDA 4 şirkətlə müqavilə bağlayıb

25 Aprel 2017 12:16

BAKIDA FİLM KİMİ HADİSƏ: polis özünü öldürmək istəyən şəxsi belə xilas etdi - TƏFƏRRÜAT

25 Aprel 2017 12:14

Oqtay Əsədov qanun layihəsini gündəlikdən çıxardı

25 Aprel 2017 12:13

Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı

25 Aprel 2017 12:13

Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

25 Aprel 2017 12:12

Rusiyada terror aktlarının sayı artıb

25 Aprel 2017 12:12

""Mançester Yunayted"lə hakimsiz oynamaq istərdim"

25 Aprel 2017 12:12

Azərbaycan məktəblərində dərs olmayacaq

25 Aprel 2017 12:12

Allahşükür Paşazadə sabah Finlandiyaya gedəcək

25 Aprel 2017 12:11

Olland erməniləri pərt elədi: “Qarabağ...”

25 Aprel 2017 12:08

Atəşkəsi pozan erməni əsgər öldürüldü

25 Aprel 2017 12:07

Qatarın önündən çaya atılırlar - Yeni, qorxulu "dəb" - FOTO

25 Aprel 2017 12:05

Ermənilərə qan udduran yəhudi balası - FOTO

25 Aprel 2017 12:05

Alimlərdən MARAQLI TƏCRÜBƏ: itlə insanı...

25 Aprel 2017 12:03

Prokuror Bakıda polis mayorunu bıçaqlayan şəxslərə cəza istəyib

25 Aprel 2017 12:02

Milli Məclisin plenar iclası başlayıb

25 Aprel 2017 12:02

​İt kimi darıxmaq, eşşək kimi içmək...

25 Aprel 2017 12:02