“Boy” nümayiş olunacaq

“Boy” nümayiş olunacaq
15:36 12 Noyabr 2016
61 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 15-də Azərbaycan Dövlət “Yuğ” Teatrı “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşasını teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Axşan.az-a bildirilib ki, səhnə əsərinin ideya və quruluşu Tərlan Enginə məxsusdur.

Tamaşanın quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, musiqi tərtibatçısı isə Mələk Vəlizadədir.

Tamaşada rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid ifa edəcək.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşada insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb. Vurğulanıb ki, çoxları etiraf etməsə də, hər kəs ölümsüz həyat arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR