Bakıda nitq qüsurlu uşaq valideyn nəzarəti olmadan məktəbdən evə göndərilib

Bakıda nitq qüsurlu uşaq valideyn nəzarəti olmadan məktəbdən evə göndərilib
15:57 12 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda nitq qüsurlu uşaq oxuduğu məktəbdən evə valideyn nəzarəti olmadan buraxılıb.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, 55 saylı orta məktəbin 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev dərs saatı bitdikdən sonra məktəbdən çıxaraq evə yollanıb.
Amma M.Mirzəyev yolu tanımadığından küçədə qalıb. Məhəmmədin bacısı - həmin məktəbin 3-cü sinif şagirdi Əsmər Mirzəyeva qardaşını Bakı Metropoliteninin "Xətai" stansiyasına qədər gətirib. Uşaqlara burada 14 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü kömək edib. Sürücü uşaqların Biləcəri qəsəbəsində yaşadığını öyrənib və onları evə aparıb.
55 saylı orta məktəbin direktoru Sevinc Tahirova "Report"a açıqlamasında deyib ki, Əsmər və Məhəmmədin anası Vüsalə Mirzəyeva hər səhər övladlarını məktəbə gətirir, amma axşam işdə olduğuna görə uşaqlarını evə aparmağa gələ bilmir: "Həmin uşaqlar bizim məktəbə Biləcəri qəsəbəsindən gəlirlər. Çünki Məhəmməd və Əsmər bizim məktəbdə yaradılan xüsusi siniflərdə təhsil alırlar". 
Direktorun sözlərinə görə, anasının razılığı ilə 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev bacısı Əsmər Mirzəyeva ilə məktəbdən evə yola salınır. S.Tahirova bu cür halın bir daha təkrarlanmaması üçün valideyni məktəbə dəvət edib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-nitq-qusurlu-usaq-valideyn-nezareti-olmadan-mektebden-eve-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR