Türkiyəni işğal etmək üçün “süni zəlzələ” törədiləcək – GİZLİ SİLAH

Türkiyəni işğal etmək üçün “süni zəlzələ” törədiləcək – GİZLİ SİLAH
16:08 12 Noyabr 2016
262 Dünya
Ölkə mətbuatı
A- A+

Son dövrlər Fransa mediasında “Amerikalılar Türkiyədə böyük zəlzələ yaradacaq” sözləri gündəmə gəlib.

Publika.az
xəbər verir ki, bundan öncə Mərmərədə baş verən zəlzələnin də amerikalılar tərəfindən süni olaraq törədildiyi iddiaları var idi. Buna bənzər iddialar yenə ortaya atılıb. Belə ki, Amerikanın süni zəlzələ törədə biləcək gizli silahının olduğu və bu silahın İstanbulda tətbiq ediləcəyi haqda sözlər müzakirə mövzusuna çevrilib.

Lakin türkiyəli alimlər bunun mümkünsüz olduğunu qeyd edirlər.

İstanbul Universitetinin Mühəndislzik fakültəsinin geoloji mühəndislik kafedrasının üzvü, professor Şener Üşümezsoy bu kimi fikirlərin məqsədli şəkildə ortaya atıldığını deyir: “Hazırda Türkiyədə inşaat sektoru böyüyərək, sənayeləşib. Böyük zəlzələlərin olacağı haqda deyilənlər əslində, Türkiyədə sənayeni çökdürmək məqsədi daşıyır. Çünki zəlzələ qorxusu investisiyalara mənfi təsir göstərir. Əslində, FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra “böyük zəlzələ gəlir” sözlərinin gündəmə gəlməsi, həmin vaxt edə bilmədiklərini iqtisadi yolla həyata keçirməkdir. Yəni, sənayedəki investisiyalar azalır, Türkiyədə iqtisadi böhran olur və AKP-ni bu yolla devirirlər. Beləliklə, Türkiyəni tədricən işğal edirlər. Bütün ssenari bundan ibarətdir”.

İstanbul Texniki Universitetinin Mədən Fakültəsi geofizik mühəndislik kafedrasının üzvü, professor Övün Ahmet Ercan da bildirib ki, süni zəlzələlərin olması mümkünsüzdür: “Süni zəlzələnin olması üçün 135 atom bombası gücündə enerji lazımdır. Dünyada bu enerjini istehsal edən texnologiya yoxdur”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR