Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Problem iki günə həll ediləcək" - Aydın Əliyev sərhəddəki gərginlikdən danışdı

"Problem iki günə həll ediləcək" - Aydın Əliyev sərhəddəki gərginlikdən danışdı

Date: 12 November 2016 16:22

Son günlərdə Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı mövcud vəziyyətlə tanış olmaq üçün bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda olub.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, komitə sədri avtonəqliyyat vasitələrinin sürücüləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandıraraq bildirib ki, Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparılır və problemin qısa vaxtda həll edilməsi üçün bütün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, yaranan problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı danışıqlardan sonra iki gün ərzində 300-ə qədər yük avtomobilinin sərhədi keçməsi təmin edilib və sıxlıq nisbətən aradan qaldırılıb. Bundan başqa Rusiya Federasiyası rəsmiləri yaxın 2 gün ərzində sıxlığın tam aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

Milli.Az


Tags:  Problem iki günə həll ediləcək Aydın Əliyev sərhəddəki gərginlikdən danışdı

RƏYLƏR


Top news