Yığmamızın rəqibindən ilk

Yığmamızın rəqibindən ilk
16:27 12 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasında ilk qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Verder"in 21 yaşlı yarımmüdafiəçisi Zerqe Qnabri debüt matçında het-trik müəllifi olub.

O, AFR və ADR-ın birləşməsindən sonra bunu bacaran ilk futbolçu kimi tarixə düşüb. San-Marino ilə seçmə oyunundakı 8:0 hesablı qələbəyə 3 qolla töhfə verən Zerqe həm də son 40 ildə bunu reallaşdıran ilk alman olub.
 
Belə ki, 1976-cı ildə AFR millisində oxşar hadisə yaşanıb. Diter Müller AÇ-1976-nın final mərhələsinin Yuqoslaviya ilə görüşündə debütünü 3 qolla qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR