Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gizlənpaç" romantik komediya filminin qala gecəsi keçirilib - FOTO

"Gizlənpaç" romantik komediya filminin qala gecəsi keçirilib - FOTO

Date: 12 November 2016 16:42

"Gizlənpaç" romantik komediya filminin qala gecəsi keçirilib.

Milli.Az xəbər verir ki, ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.

Gecədə yaradıcı heyət ilə yanaşı, incəsənət və kino dünyasının tanınmış simaları iştirak ediblər. Qırmızı xalıda foto çəkdirin film qəhrəmanları ekran işini izləmək üçün izləmək üçün salona daxil olublar. Gecənin aparıcısı Şəhriyar Əbilov film haqda məlumat verdikdən sonra  ekran işinin nümayişi baş tutub.

Təqdimatda həyəcanlı anlar yaşanıb. Belə ki, film nümayiş olunmağa başlayarkən, texniki problem baş verib. 

M.Şahverdiyev səhnəyə çıxaraq, qonaqlara başına gələn əhvalatlardan danışıb:

"Səhər saçımı düzəltdirmək üçün bərbərə getdim, işıqları yanmırdı. Saç ustamı götürüb başqa salona apardım, orada saçımı düzəltdi. Maşına oturanda qapısı bağlanmadı, onu da düzəltdilər. İndi də texniki problem ortaya çıxdı".

Problem aradan qaldırıldıqdan sonra romantik komediya janrında olan film nümayiş olunub və alqışlar ilə qarşılanıb.

Sonda aktyor heyəti səhnəyə çıxıb və baş rol ifaçısı Müşfiq Şahverdiyev təəssüratlarını bölüşüb: "Alqışlardan belə başa düşdüm ki, film izləyicilər tərəfindən bəyənildi. Artıq  3-cü filmimizi təqdim etdik. Neçə gün idi ki, həyəcan bizi bürümüşdü. Bir çox problemlərin yaranmasına baxmayaraq təqdimat baş tutdu. Ekran əsəri yayda 40 dərəcə temperaturda çəkilib, çox əziyyətlər çəkmişik. Film kollektivinə, sponsorlara, əziyyəti keçən hər kəsə təşəkkür edirəm. İşimizə yaxşı və pis deyənlər olacaq. Pis deyənlər özlərinə baxsınlar ki, neynəyib, sonra kiminsə işinə pis desinlər. Ümumiyyətlə, bu sektorda hamı əziyyət çəkir. Kiminsə işi uğursuz ola bilər. Bu sahədə özünü tapmayanlar başqa sahədə uğur qazanarlar. Bizim 2014-cü ildən çox uğurlu filmlərimiz olub; "My name is İntiqam", "Xoxan", "Bozbash  pictures". Baxış sayına görə liderik".

Filmdə kloun obrazını canlandıran aktyor İlkin Misgərli obrazının həyatına uyğun olduğunu dilə gətirib: "Filmdəki əziyyəti mən bilirəm. Yeddi il kloun olmuşam və eləcə də kirayədə yaşamışam. O dövrdə oğlanlara kirayə ev vermirdilər. Filmdəki hadisələr demək olar ki, mənim həyatım idi".

Rejissor: Elmir Süleymanov 

Ssenarist: Fariz Əliyev, Müşfiq Şahverdiyev, Cəmil Məmmədli, İlkin Misgərli. 

İcraçı prodüser: Vüqar Şəfiyev

Rollarda: Müşfiq Şahverdiyev, İlkin Misgərli, Zarina Qurbanova, Səməd Səfiyarov, Zümrü Qasımova, Tərlan Nur Yaşar 

"Gizlənpaç" filmi iki kloun olan Fərid ve Elbrusun taleyindən bəhs edir. Filmdə balaca Orxanın qaçırılmasında şübhəli bilinən iki dost Fərid ve Elbus film boyu həyəcanla polisdən gizlənirlər. Baş qəhrəmanlarımızdan biri olan Fərid film boyu kloun olduğunu sevgilisi Güneldən gizlədir. Qəhrəmanlarımız filmdə çoxlu maneələrlə rastlaşır və film boyu müxtəlif obrazlara girirlər. Özləri də bilmədən Gizlənpaç oyununun iştirakçılarına çevrilən qəhrəmanlar görəsən oyunu necə bitirəcəklər?

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az























Tags:  Gizlənpaç romantik komediya filminin qala gecəsi keçirilib FOTO

RƏYLƏR


Top news