Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

CNPC Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

CNPC Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

Date: 12 November 2016 17:02

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edib.
SOCAR-dan "Report"a daxil olan xəbərə əsasən, nümayəndə heyətində təmsil olunan Çin Milli Neft Korporasiyasının (CNPC), bu ölkənin maliyyə institutlarının, bank və fondlarının, investisiya və sığorta şirkətlərinin nümayəndələrini səmimi salamlayan R.Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətləri və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə adlandıran SOCAR prezidenti CNPC rəhbərliyi ilə Pekində və Bakıdakı son görüşləri xatırlayıb və çıxarılan qərarların əhəmiyyətini vurğulayıb.
CNPC-nin İdarə Heyətinin üzvü Vanq Şi Honq səmimi qəbul üçün təşəkkürünü bildirib, SOCAR-ın yeni ofisində ilk dəfə olduğunu söyləyərək bu münasibətlə R.Abdullayevi təbrik edib, SOCAR-a yeni inzibati binasında uğurlar arzulayıb. O, SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası Kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırıb, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib. Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan V. Ş. Honq Azərbaycana bugünkü səfərin də bunun göstəricisi olduğunu bildirib. Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə maraqlı olduğunu diqqətə çatdırıb. 





Tags:  CNPC Azərbaycan Dövlət Neft Şirkəti əməkdaşlığın genişlənməsində maraqlıdır


RƏYLƏR


Top news