Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ağ Ev"dəki görüşün gizlin tərəfləri - geyimlərin verdiyi mesajlar

"Ağ Ev"dəki görüşün gizlin tərəfləri - geyimlərin verdiyi mesajlar

Date: 12 November 2016 17:21

ABŞ-ın yeni prezidenti Donald Tramp və xanımı Melaniya Ağ evdə Barak və Mişel Obama ilə görüşüblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlüklər bir yerdə foto çəkdirməsələr də, söhbət zamanı ayrıca görüntüləniblər.

Seçkilərdə açıq-aşkar Hillari Klintonu dəstəkləyən Mişelin Melaniya ilə görüşü xüsusi maraq kəsb edirdi. Qərb mediası görüşdə bir neçə gizli detalı üzə çıxara bilib.

Xüsusi ilə M.Obamanın geyimi diqqət çəkib. Mişel modelyer Narciso Rodriguezin hazırladığı libası təsadüfi seçməyib.

Tünd göy rəng matəm rəngi sayılır və Trampın seçilməsi Obama ailəsinin istəmədiyi bir hal idi. Geyim də onların münasibətini əks etdirir. H.Klinton da məğlubiyyət görüşündə tünd göy rəngli kostyum geyinmişdi.

Eyni zamanda göy rəng Demokratların rəngi mavi ilə, Respublikaçılarının rəngi olan qırmızının qarışığıdır. Bu da yeni dövrdə iki tərəfin iş birliyinə yönəlmiş mesajdır.

Son olaraq, tünd rəng qadınlara seçmək və seçilmək hüququ verilməsini müdafiə edən hərəkatın seçdiyi üç rəngdən biridir və feminizm rəngi kimi də sayılır. Bununla isə Mişel Hillarini yenə də dəstəklədiyini nümyiş etdirib.

Amma rəngdən başqa da bir detal var ki, bu da modelyer Narciso Rodriguezlə bağlıdır. Narciso Kuba əsilli qaçqın bir ailənin oğludur. Mişelin bu seçimi D.Trampın kampaniyası zamanı qaçqınlara qarşı çıxışlarına işarədir və qaçqınları dəstəklədiyini göstərir. Eyni zamanda Barak Obamanın Kuba ilə yenidən başladığı diplomatik əlaqələrinin davam etdirilməsi istiqamətində ümid mesajıdır.

Yeni "first lady" Melaniya Trampa gəlincə, onun geyimi ABŞ mediasında cəmi bir dəfə, 1100 dollarlıq çəhrayı "Gucci" köynəyini geyinərkən diqqət çəkmişdi. Geyimlərini özü seçən, heç bir stilistlə işləməyən Trampın hələ bəlli bir imici yoxdur.

Lakin Ağ Evdə baş tutan görüşlərdə yeni birinci xanımlar adətən rəngli geyimlərdə görünürlər. Melaniyanın qara geyimi isə tənqidə səbəb olub. ABŞ mediası "Xanım Tramp Ağ Evə dəfn geyimində getdi" yazıb. Bununla belə, moda tənqidçiləri Melaniya Trampın geyimlərində mesa verməsi üçün çox tez olduğunu bildirirlər. Onun bu yolu seçib ya seçməməsi də sual altındadır.


Tags:  Evdəki görüşün gizlin tərəfləri geyimlərin verdiyi mesajlar

RƏYLƏR


Top news