Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dənizkənarı Milli Parkda həftəsonu istirahəti - REPORTAJ

Dənizkənarı Milli Parkda həftəsonu istirahəti - REPORTAJ

Date: 12 November 2016 17:34

Yoqa ilə məşğul olan kim, velosiped sürən kim, şahmat oynayan kim, dəniz qırağında qol-boyun olan  kim. Görüntülər Dənizkənarı Milli Parkdandır.
 
Payızın ilk günlərindən, ölkə ərazisində hava şəraiti yağmurlu keçir. Amma artıq iki - üç gündür ki, havalar xoş keçir. Paytaxt sakinləri isə bundan səmərəli istifadə edib, dincəlirlər.
 
- Biz təkcə istirahət günü dincəlmirik, bizim üçün hər gün istirahətdir. Səhər  saat 6-7-dən sonra gördüyünüz bu xanımlar və  bəylə bir yerdə idman edirik. Məncə, ən gözəl istirahət budur, çünki gümrah olursan. Havanın belə olması həm mənim üçün, həm də bu xanımlar üçün yaxşıdır. Çünki xanımlar məndən fərqli olaraq velosiped sürürlər. Mən velosiped sürmürəm. Mənə də sərf edir, dartınıram, məşq edirəm.
 
- Biz hər gün buradayıq. Hər gün idmanla məşğul oluruq. Havalar yaxşı olanda velosipedlə gəlirik, bir az küləkli ya yağışlı olanda piyada gəlirik. İki gündür hava belə gözəldir, xoşdur, velosiped sürürük.
 
- Bakı küləklər şəhəridir. Biz idmançılar artıq alışmışıq həm soyuqda, həm  istidə çıxıb öz istirahətimizi edirik.
 
Əlverişli hava şəraitindən istifadə edən balacalar isə vaxtlarını Dənizkənarı Milli Parkın ərazisində qurulmuş iri  şahmat taxtasında şahmat oynayaraq keçirirlər.
 
- Mənə şahmatı atam öyrədib. Evdə öyrənmişəm, bura qardaşımla şahmat oynamağa gəlmişəm.
 
- Havalar yaxşı olanda isti olanda gəlirik şahmat oynamağa. Hələlik yeni başlamışıq.
 
- Nəvələrimlə birlikdə gəzməyi xoşlayıram. Havalar yaxşı olanda gətirirəm uşağı gəzməyə. Hələ gəzəcəyik. Gəmiyə minəcəklər uşaqlar.
 
- Nənəm məni istirahətə gətirib. Ən çox gəmiyə minməyi xoşlayıram. Hava da belə olanda xoşuma gəlir, gəzirəm.
 
- Bizi sinif rəhbərimiz gətirib gəzməyə. Həftə sonları bizi çox yerə aparır.
 
- Biz əvvəl İçərişəhərə getdik, orada gəzdik. Sonra da bulvara düşdük. Hava da çox yaxşıdır. Bir azdan attraksionlara da minəcəyik.
 
Mark Tven deyib ki,  hər günə həyatının ən gözəl günü olması üçün şans ver. Odur ki, elə bu gün də, gözəl hava şəraitindən istifadə edərək,  xoş istirahət etmək fürsətini əldən verməyin...
 
Almaz Qasımova Rizvan Zahidoğlu APA TV

Tags:  Dənizkənarı Milli Parkda həftəsonu istirahəti REPORTAJ


RƏYLƏR


Top news