Üç nazir işdən çıxarıldı

Üç nazir işdən çıxarıldı
17:38 12 Noyabr 2016
187 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan parlamenti 3 naziri vəzifəsindən azad edib.

Publika.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.

Məlumatda bildirilir ki, vəzifəsindən kənarlaşdırılanlar arasında daxili işlər naziri də var. Belə ki, daxili işlər naziri Səlahəddin Rəbbani, ictimai işlər naziri Mahmud Balih, habelə əmək, mühraibə qurbanları və əlillər üzrə sosial təminat naziri Nasrin Oryahil parlamentdə kifayət qədər səs ala bilməyiblər.

“Cənab daxili işlər naziri zəruri səsləri toplaya bilmədi. Buna görə də biz prezidentdən onun yerində digər namizədi təqdim etməsini xahiş etdik. Bu, həmçinin iki nazirə də aiddir” – deyə Əfqanıstan parlamentinin aşağı palatasının nümayəndəsi Abdulla Rauf İbrahimi bildirib.

Agentliyin məlumatına görə, yaxın vaxtlarda parlamentdə daha 14 nazirin məsələsi səsverməyə çıxarılacaq.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR