Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada terror həyəcanı - 10 İŞİD-çi saxlanıldı

Moskvada terror həyəcanı - 10 İŞİD-çi saxlanıldı

Date: 12 November 2016 17:42

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva və Sankt Peterburqda terror aktı törətmək istəyən 10 nəfəri həbs edib.

Milli.Az-ın teleqraf.com-a istinadən xəbərinə görə, Mərkəzi Asiyada olan terrorçular avtomat və partlayıcı qurğulardan istifadə etməklə əhalinin sıx olduğu yerlərdə silsilə terror aktları planlaşdırıblar.

FTX-də bildiriblər ki, saxlanılanlardan 4 əldəqayırma partlayıcı qurğu, avtomat silahlar, rabitə vasitələri götürülüb. Onlar İŞİD rəhbərliyi ilə əlaqəli olduqlarını, eləcə də Rusiyada və xaricdə olan silahdaşlarının adlarını açıqlayıblar.

Əməliyyatı Rusiya DİN TacikistanQırğızıstan xüsusi xidmət orqanları ilə birgə həyata keçirib.

Milli.Az


Tags:  Moskvada terror həyəcanı 10 İŞİD-çi saxlanıldı

RƏYLƏR


Top news