Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Erməni etnoqraf: “Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq səviyyəsində yaşayır”

Erməni etnoqraf: “Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq səviyyəsində yaşayır”

Date: 12 November 2016 17:52

Bakı. 12 noyabr. REPORT.AZ/ Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq səviyyədə yaşayır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib.
Onun sözlərinə görə, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Ona görə də statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!".
Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.


Tags:  Erməni etnoqraf Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq səviyyəsində yaşayır

RƏYLƏR


Top news