"Bu alçaqlar, bu əxlaqsızlar, bu adilər... " - Ərdoğan sərt danışdı

"Bu alçaqlar, bu əxlaqsızlar, bu adilər... " - Ərdoğan sərt danışdı
18:04 12 Noyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Mardin bölgəsində Derikin icra nümayəndəsi olan Muhammet Fatih Safitürkün cənazə törənində çıxış edib. Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Muhammet Fatih PKK terrorçuları tərəfindən törədilən partlayış zamanı şəhid olub. Terror aktında yaralanan rəsmi şəxs xəstəxanada dünyasını dəyişib.

 

Ərdoğan çıxışında bildirib ki, bu torpaqlar üçün millət çox şəhid verib: "Bu alçaqlar, bu əxlaqsızlar, bu adilər hesab edirlər ki, bunlarla nəyəsə nail olacaqlar. Biz Muhammed Fatihlerimizin qanlarını yerdə buraxmayacağıq".

 

Ərdoğan edam cəzası haqqında da danışıb:

 

"Edamla bağlı mövzu artıq hökumətin gündəmindədir. Parlament də bu qərarı verdikdən sonra prezident olaraq qanunu mən təsdiqləyərəm. Dediyim kimi, bununla bağlı qərarı qərb yox biz verəcəyik".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR