Daban çatlarından qurtulun

Daban çatlarından qurtulun
18:48 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Daban çatları bir çox insanın qarşılaşdığı ayaq problemlərindən biridir.

Xüsusilə yayda çəkələk və sandal geyinən zaman çatlamış dabanlar estetik görünmədiyi üçün də ölü dəriləri aradan qaldırmaq vacibdir.

Bu problemin öhdəsindən gəlmək elə də çətin deyil. Ehtiyacınız olan limon, xam pambıq və aspirindir.

Yumşaq ayaqlara sahib olmaq üçün təxminən 10 aspirini əzib toz halına gətirin və üzərinə limon suyu əlavə edib qarışdırın. Xüsusilə dabanınıza pambıq köməyilə sürtün və streç sellofanla sarıyın.

Gecə sürtüb yatmaq və ertəsi səhər yumaq daha yaxşı bir nəticə üçün məsləhətdir.

Bu qarışım pul-pul tökülən ölü dərinin aradan qaldırılmasını da təmin edəcək. Nəticə əldə etmək üçün ən az 1 həftə boyu maskanı tətbiq etmək lazımdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/175692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR