Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qobustanda torpaq sürüşməsi - İnsanlar təşvişdə - VİDEO - FOTO

Qobustanda torpaq sürüşməsi - İnsanlar təşvişdə - VİDEO - FOTO

Şabranda torpaq sürüşməsinə məruz qalan sakinlər çadırlara köçürülüb (10 Mart 2017 18:22)
Qobustanda faciə: qadın öldü (07 Mart 2017 14:04)
Qobustanda zəlzələ olub (22 Fevral 2017 14:04)

Tarix: 12 Noyabr 2016 19:05

Torpaq sürüşməsi bu dəfə Qobustan rayonunda qeydə alınıb.

"ARB Şəki"dən Milli.Az-a verilən məlumata görə, rayonun Çuxanlı kəndində ötən illərdə yaşanan torpaq uçqunu bir həftədir ki, yenidən aktivləşib. Ərazidə mövcud olan sürüşmə zolağı miqyasca böyük olsa da, sonuncu sürüşmə nöqtəsində 1-2 metrlik yarğanlar yaranıb. Yağışlardan sonra yamaclarda kiçik yarğanlar əmələ gəlib.

Sürüşmə zolağının üzərində bir ev yerləşir. Ev sahibinin sözlərinə görə, torpaq qatının altında çox sayda qurunt suları yığılıb ki, bu da sürüşmələrə səbəb olur. Sürüşmə bu cür davam edərsə, yaxınlıqdakı ev təhlükə artına düşə bilər. Qarşısı alına bilməyən torpaq qatı yuxarıdan evə doğru hərəkət edir. Mövcud problemlə bağlı rayon FHK -na məlumat verlib.

Xatırladaq ki, sonuncu dəfə həmin ərazidə 2010-cu ildə böyük uçqunlar qeydə alınıb.

Milli.Az








Teqlər:  Qobustanda torpaq sürüşməsi İnsanlar təşvişdə VİDEO FOTO



RƏYLƏR


Top xəbərlər