Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Zirə”dən 6 cavabsız qol

“Zirə”dən 6 cavabsız qol

Tarix: 12 Noyabr 2016 19:07

Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədə “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının sön mövsümünün gümüş mükafatçısı Zirə İdman Kompleksinin stadionunda əvəzedici heyətlə üz-üzə gəlib.
 
Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb. İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqlənib. Fasilədən az sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb.
 
Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.Az 

Teqlər:  Zirədən cavabsız qol



RƏYLƏR


Top xəbərlər