Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Neymar Messini və Ronaldonu qabaqladı

Neymar Messini və Ronaldonu qabaqladı

"Neymar Messi və Ronaldu səviyyəsinə çatıb və "Qızıl top"u ala bilər" (17 Mart 2017 08:42)
Ronaldo və Messi eyni komandada oynasa nələr olar? (21 Fevral 2017 19:57)
Neymar Ronaldinyonu keçdi (12 Fevral 2017 11:28)

Tarix: 12 Noyabr 2016 19:23

“Barselona”nın braziliyalı ulduzu Neymar tezliklə ölkəsinin futboldakı yeni qəhrəmanı ola bilər.

Publika.az xəbər verir ki, Rioda keçirilən olimpiadada Braziliyanı çempionluğa daşıyan, finalda da qol vuran Neymar, milli komanda forması ilə artıq 50 qola imza atıb. O, hələ 24 yaşında olmasına rəğmən, millidə Rivaldo, Ziko, Bebeto, Ronaldinyo kimi ulduzlardan daha çox qol vurub.

İndi Neymar Braziliya millisindəki qollarının sayına görə yalnız Romario (55), Ronaldo (62) və Peledən (77) geri qalır.

Neymar Braziliya millisində 50 qolu 74 oyunda vurub.

Braziliyalı ulduz millidəki qol sayında Kriştiano Ronaldonu (Portuqaliya - 49 oyun, 25 qol) və Lionel Messini (Argentina - 68 oyun, 25 qol) də geridə qoyur.


Teqlər:  Neymar Messini Ronaldonu qabaqladı



RƏYLƏR


Top xəbərlər