Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xərçəngdən qorunmaq üçün...

Xərçəngdən qorunmaq üçün...

Date: 12 November 2016 19:47

Bu qida həm çox ləzzətlidir, həm də xərçəngə qarşı sanki bir sipər çəkir. Mütəxəssislər, ürəyin dostu sayılan nardan, gündə bir ovuc yeməyi təklif edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər nar meyvəsinin və şirəsinin müxtəlif xəstəliklərə qarşı qoruyucu xarakter daşıdığını ifadə ediblər.
Narın önəmli faydaları olduqca çoxdur. O, keyfiyyətli C vitamini, kalium, maqnezium kimi minerallar, antioksidant maddələr ehtiva edir.
Nar meyvəsinin çəyirdəkləri ürək-damar sağlamlığı üçün qoruyucu təsiri olan kimyəvi bir komponentə malikdir. Aparılan bəzi araşdırmalarda narın ürək-damar xəstəliklərinə səbəb olan pis xolesterini azaltdığını göstərib. Nar suyunun sahib olduğu antosiyanin, katexin, ellagitanin kimi antioksidantlar, xərçəng maddələrinə qarşı orqanizmdə müdafiə rolunu oynayır.

Milli.Az


Tags:  Xərçəngdən qorunmaq

RƏYLƏR


Top news