Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının tarixi məkanları Rusiya mediasında - fotolar

Bakının tarixi məkanları Rusiya mediasında -  fotolar

Date: 12 November 2016 19:51

Rusiyanın “elle.ru” saytı Bakı haqqında yazı hazırlayıb.

Axşam.az-ın məlumatına görə, xəbərdə noyabr və dekabrda istirahət üçün paytaxtımızın ən gözəl məkan olduğu vurğulanıb.

Eyni zamanda Bakıda tursitlərin gəzə biləcəyi 4 məkan qeyd olunub.

1. “İçərişəhər” - Neft maqnatlarının şəhərində noyabrda da günəş parıldayır. Küçədə pozitiv həyat davam edir, restoranlardan isə dadlı yeməklərin qoxusu gəlir. Qədim şəhərin hər tərəfində tarix ab-havası var. Burada Şirvanşahlar sarayını, Karvansarayı, Bakı xan Sarayını ziyarət edə bilərsiniz.





2. Azərbaycan Xalça Muzeyi – Burada Azərbaycanın ən möhtəşəm xalçalarının kolleksiyası toplanıb. Xalçaların hazırlanmasında müxtəlif materiallardan, texniki vasitələrdən istifadə olunub.



3. Müasir İncəsənət Muzeyi – Bu müasir məkanda azərbaycanlı rəssamların və heykəltəraşların mindən çox əl işi saxlanıllır.

4. Atəşgah – Odlar diyarı, şəhərdən 30 kilometr aralıda yerləşir. Bütün turistlər bu məkanı mütləq görməlidirlər. Bura şəhərin “vizit-kart”ıdır.


Tags:  Bakının tarixi məkanları Rusiya mediasında fotolar

RƏYLƏR


Top news