Levandovskiyə Rumıniyada fişəng atılıb

Levandovskiyə Rumıniyada fişəng atılıb
19:52 12 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilmiş görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hücumçunun olduğu yerə fişəng atılıb.

Levandovski oyunun 54-cü dəqiqəsində baş hakimə yerə atılan fişəngi göstərən zaman kiçik partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra forvard oyuna qoşula bilib.

Görüş Polşanın 3:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi Levandovskinin aktivinə yazılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR