Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə Bakıya dönüb

Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə Bakıya dönüb
19:52 12 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
"Report"un xəbərinə görə, təxirə salınan uçuş Bakı vaxtı ilə saat 13:00-a nəzərdə tutulsa da, təyyarədəki nasazlığa görə daha bir saat yarım gecikib. Nəhayət, 5 saatlıq uçuşdan sonra təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/futbol-uzre-azerbaycan-yigmasini-belfasta-aparan-teyyare-bakiya-donub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR