Volvo uzun sedan təqdim etdi - FOTO

Volvo uzun sedan təqdim etdi - FOTO
19:57 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Volvo" sedan S90-nın "Excellence" versiyasında uzun variantının sirrini açıb - bu, isveç brendinin tarixində ən bahalı dördqapılı avtomobildir. "S90" baza variantından 10,5 sm uzadılmış təkər bazası ilə fərqlənir. Əlavə uzunluq arxa oturacaq sərnişinlərin payına düşüb: burada ayaqlar üçün daha böyük yer alınıb, həmçinin qapılar da genişlənib.

Milli.Az auto.az-a istinadən bildirir ki, "S90"-nın uzun versiyasını həm adi, həm də "Excellence" komplektasiyasında sifariş etmək olar. Sonuncu halda avtomobil panorama dam alıb ki, onun ölçüsü 1,5 kvadrat metr təşkil edir. Bu komplektasiyaya soyuducu, massaj funksiyalı oturacaqlar, ayaq qoymaq üçün yeri olan yığılan stol və multimediya sistemi daxildir. Bu sistemi qabaq sərnişin oturacağının yerində quraşdırıblar. "Volvo" bu opsiyanı "Lounge console" adlandırıb.

"S90"-nın mühərrik sırası standart sedanlardan fərqlənir. Yeniliyi benzin T5 və T6 (249 a.g. və 320 a.g.) mühərrikləri və ya T8 indeksli hibrid güc qurğusu ilə (407 a.g.)sifariş vermək olar.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR