Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr
19:59 12 Noyabr 2016
122 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Gözlənilən olur, Tramp hələ Ağ Evə köçməmiş seçkiqabağı vədlərindən imtina etməyə başlayıb. "Obamacare" proqramının ləğvi Trampın seçki platformasının əsasının təşkil edən məsələlərdən biri idi. Prezident seçilərsə, bu proqramı yerli-dibli ləğv edəcəyini deyən Tramp indi tərəddüd etməyə başlayıb. O, öz tərəddüdünü Barak Obamanın xahişi ilə əsaslandırmağa çalışsa da, bu Trampın qeyri-stabil siyasətçi olması gerçəkliyini dəyişmir. Məsələn, seçicilərə dəfələrlə Hillari Klintonun elektron poçt qalmaqalını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyinə dair vəd verən Tramp seçkilərdən iki gün keçməmiş bu vədini unudub. Media ilə ilk təmasında multimilyarder prezident bildirib ki, bu məsələ onu o qədər də maraqlandırmır. Respublikaçıların milli komitəsinin rəhbərini komandasının ən önəmli üzvlərindən biri etməyə hazırlaşması da Trampın seçkiqabağı vədləri ilə bir araya sığmır. Bu baxımdan Tramp dönəmində ciddi dəyişiklər olacağını düşünənlər nəticə çıxarmaqda bir qədər tələsirlər. Komanda formalaşdırmaqda çətinlik çəkən, daha doğrusu ciddi bir komandası olmayan yeni prezidentin qarşısında bir yol qalır - kiçik korrektələrlə əvvəlki siyasəti davam etdirmək. Böyük ehtimalla belə də olacaq.

 

Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR