Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə baş nazirinin müavini: "Dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər"

Türkiyə baş nazirinin müavini: "Dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər"

Date: 12 November 2016 20:47

Bakı. 12 noyabr. REPORT.AZ/ İyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər.
"Report"un "Anadolu" agentliyə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirin müavini Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, Türkiyə məhkəmə orqanları 2017-ci ilin əvvəlindən çevriliş cəhdində iştirak edənlərin işinə baxa bilər.
O vurğulayıb ki, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələləri Türkiyə dövləti üçün həmişə prioritet məsələ olaraq qalmaqdadır.


Tags:  Türkiyə baş nazirinin müavini Dövlət çevrilişi cəhdində iştirak edənlərlə bağlı istintaq dekabrda yekunlaşa bilər

RƏYLƏR


Top news