İmam Mehdi necə zühur edəcək?

İmam Mehdi necə zühur edəcək?
20:52 12 Noyabr 2016
500 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) nəslindəndir.

Milli.Az zikr.az-a istinadən bildirir ki,Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adı kimi, atasının adı da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) atasının adı kimi olacaq. Yəni, onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək". (Əbu Davud", 4282).
Hədisdən göründüyü kimi Mehdi Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) əhli-beytindən dünyaya gələcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR