Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toyota-dan 2000-güclü Land Cruiser - FOTO

Toyota-dan 2000-güclü Land Cruiser - FOTO

Date: 12 November 2016 20:57

"Toyota" şirkəti Amerikanın tüninq-şousu "SEMA" üçün 2000-güclü yolsuzluq avtomobili - "Land Cruiser 200" hazırlayıb. Bu barədə Yaponiyanın avtomobil istehsalçısı məlumat verib.

Milli.Az auto.az-a istinadən bildirir ki,  baza variantında 5,7-litrlik benzin V8 mühərriki olan "Toyota Land Cruiser 200"-in gücü iki "Garrett" turbo yükləyicisi sayəsində 381-dən 2000 a.g.-ə çatdırılıb. Mühərrik "ATI Performance Products" şirkətinin avtomat sürət qutusu ilə birgə işləyir. "Toyota Land Speed Cruiser" adlı yeni modeldə əyləclər gücləndirilib, asma aşağı salınıb, aerodinamika yaxşılaşdırılıb, arxa görünüş güzgüləri isə kameralarla əvəz olunub.

"Toyota Land Speed Cruiser-in salonunda təhlükəsizlik karkası, idman oturacaqları, çoxnöqtəli təhlükəsizlik kəməri peyda olub, arxa oturacaqlar çıxarılıb, lakin yolsuzluq avtomobili standart qabaq panelini qoruyub saxlayıb.

2000-güclü yolsuzluq avtomobilinin seriyalı olub-olmayacağı barədə Yaponiyanın avtomobil istehsalçısı məlumat vermir - "Land Speed Cruiser" modeli gərək SEMA-2016 üçün şou-kar statusunda qalsın.
Milli.Az





Tags:  Toyota-dan 2000-güclü Land Cruiser FOTO

RƏYLƏR


Top news