Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazanıb
20:57 12 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
"Report"un xəbərinə görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov slovakiyalı Peter Jilkanı məğlub edərək bürünc medal qazanıb.
Azərbaycanın digər cüdoçuları Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar.
Qeyd edək ki, yarışın ilk günü azərbaycanlı cüdoçu Hidayət Heydərov rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Xəbərin orijinal ünvanı: https://report.az/idman/azerbaycan-cudocusu-avropa-birinciliyinin-burunc-medalini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR