Balaca Manaf həkimin səhlənkarlığının qurbanı oldu - VİDEO

Balaca Manaf həkimin səhlənkarlığının qurbanı oldu - VİDEO
21:12 12 Noyabr 2016
345 Ölkə
Ölkə mətbuatı
A- A+

Ayağına tikiş iynəsi batan azyaşlı uşaq həkim səhlənkarlığının qurbanına çevrilib.

2 dəfə əməliyyat olunsa da iynənin bir hissəsi hələ də ayağında qalır.

Ürək ağrıdan hadisə Şamaxıda baş verib.

Ehiyatsızlıq nəticəsində Şamaxının Muğanlı kənd sakini 8 yaşlı Manaf Soltanlının ayağıına tikiş iynəsi batıb. Atası azyaşlını Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirib. Uşaq rentgen muayinəsindən keçib və sağ ayağının baş barmaq nahiyəsində yad cisim təsbit edildiyindən əməliyyat olunub. Ancaq əməliyyatdan bir neçə gün sonra uşağın ayağında ağrılar yaranıb. Valideyn yenə xəstəxanaya müraciət edib. Bu dəfə də onun ayağından iynənin daha bir hissəsi çıxarılıb.

Valideyn Vüsal Soltanlı deyir ki, ikinci əməliyyatdan sonra da iynənin arxa hissəsi, yəni daha bir parçası uşağın ayağında qalır.

İndi ata qalıq cismin zərər verəcəyindən narahat olub və həkimi günahlandırır.

Əməliyyat edən cərrah Ədalət Həmidov isə həmin qırıgın çox kiçik olduguna görə ziyansız olduğunu deyir.

Bununla razılaşmayan valideyn həkim Ədalət Həmidov barəsində həm Səhiyyə Nazirliyinə, həm də rayon prokurorluguna şikayət verib. Hazırda Şamaxı rayon prokrorluğunda sözügedən hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR