Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üz dərinizi cavanlaşdıracaq maskalar

Üz dərinizi cavanlaşdıracaq maskalar

Date: 12 November 2016 21:21

Soyuq havalarda üz dərisi daha çox qulluq tələb edir. Bunun üçün hər dəqiqə kosmetoloq yanına getməyə vaxt olmur.

Axşam.az xarici KİV-ə istinadən evdə asanlıqla hazırlaya biləcəyiniz maskalar təqdim edir:

Ağardıcı düyü maskası:

Düyü unu

Süd

Hazır düyü ununda qatqılar olduğu üçün bunu evdə hazırlamağa çalışın. Düyünü əzib, un halına gətirin. Onu südlə qarışdırıb, kremə bənzəyən qarışıq əldə edin. Daha sonra üzünüzə sürtün. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.   

Ölü hüceyrələri təmizləyən skrab

Yarım kasa yulaf

2 xörək qaşığı şəkər tozu

1 çay qaşığı bal

Yulafı azca suda yarım saat saxlayın, üzərinə şəkər tozu töküb qarışdırın. Daha sonra 1 çay qaşığı bal töküb, üzünüzə sürtün. Üzünüzü yavaş masaj edin. Bir az saxladıqdan sonra soyuq su ilə yuyun.


Tags:  dərinizi cavanlaşdıracaq maskalar

RƏYLƏR


Top news