Sədəqəni gizlin vermək daha yaxşıdır, yoxsa aşkar vermək?

Sədəqəni gizlin vermək daha yaxşıdır, yoxsa aşkar vermək?
21:22 12 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Sədəqənin gizli ya aşkarda verilməsi şəraitə, zamana və məkana bağlı olan məsələdir. Bəzən sədəqəni gizli, bəzən də aşkar vermək məsləhətdir. Məsələn, əgər fəqirə sədəqə vermək onu aşağılamaq, xəcalətli etmək mənasına gələcəksə, bunu gizli etmək daha yaxşıdır. Bu, həm də riyakarlığın, lovğalığın qarşısını alır. Ona görə Quranda tövsiyə edilir: "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır" (Bəqərə, 271).

Milli.Az islam.az-a istinadən bildirir ki, amma bəzən də bunu aşkarda etməyin faydası var. Məsələn, sədəqə verən adam öz uşaqlarına nümunə olmaq, onları sədəqə verməyə həvəsləndirmək üçün bu işi uşaqlarının gözü qarşısında etsə, hətta pulu uşağa verib onun əli ilə fəqirə çatdırsa, daha təsirli olar. Həmçinin, ictimai yerdə bir fəqirə yardım olunmadığını görən adam hamının gözü qarşısında birinci sədəqə versə və başqalarını da buna təşviq etsə, bu davranışın ictimai faydası olar. Bu baxımdan Qurani-kərimdə sədəqənin həm gizli, həm də aşkarda verilməsi təriflənib: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" (Bəqərə, 274).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR