Los-Ancelesdə 150 Tramp əleyhdarı saxlanıldı

Los-Ancelesdə 150 Tramp əleyhdarı saxlanıldı
21:24 12 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərində polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb. APA-nın  “Los Angeles Times” nəşrinə istinadən verdiyi xəbərə görə, Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

 

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR