Pakistanda məbəddəki partlayış nəticəsində həlak olanların sayı 43-ə çatıb

Pakistanda məbəddəki partlayış nəticəsində həlak olanların sayı 43-ə çatıb
21:42 12 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətindəki məbədlərin birində törədilən partlayış nəticəsində həlak olanların sayı 43-ə çatıb, 100-ə yaxın şəxsin yaralandığı bildirilir. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Dawnnəşri yazır.
Partlayış Bəlucistan əyalətində şənbə günü məbədin həyətində mərasim zamanı baş verib. Məbədin həyətində insident zamanı 500-ədək insan toplaşmışdı. Əvvəl 30 nəfərin həyatını itirdiyi bildirilirdi.
“Reyters” xəbər verir ki, partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD qruplaşması götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-mebeddeki-partlayis-neticesinde-helak-olanlarin-sayi-43-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR