Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Argentinanın oyunu xoşunuza gəlmirsə, “Discovery” izləyin”

“Argentinanın oyunu xoşunuza gəlmirsə, “Discovery” izləyin”

Date: 12 November 2016 22:05

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Braziliyaya 0:3 hesabı ilə məğlub olan Argentina millisinin azarkeşlərinin komandanın narazılığı davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fanatların bu cür etirazlarına maraqlı reaksiya gəlib.
 
Belə ki, "tanqoçular"ın yarımmüdafiəçisi Anxel Di Mariyanın həyat yoldaşı Xorxelina Kardoso millinin üzvlərinə dəstək olub.
 
"Heç kim sizi Argentina millisinin oyununa baxmağa məcbur etmir. Əgər xoşunuza gəlmirsə, gedin "Discovery" izləyin. Anlaya bilmirəm ki, argentinalılar nə vaxt anlayacaqlar ki, onların komandası həmişə qalib gələ, ən yaxşı ola bilməz. İnsanlar yalnız qalib gələndə futbolçuları alqışlayırlar. Mən isə millini pis günündə də, yaxşı günündə olduğu kimi sevirəm" - deyə Kardoso öz instaqram hesabında yazıb.

Milli.Az


Tags:  Argentinanın oyunu xoşunuza gəlmirsə Discovery izləyin


RƏYLƏR


Top news