Seçim bizimdir: şad olaq, yoxsa pərişan?

Seçim bizimdir: şad olaq, yoxsa pərişan?
22:12 12 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan elə bir varlıqdır ki, öz həyatına təsir qoya bilir. Ona görə də həyatda şad və ya qəmgin olmasını da özü müəyyən edir və özü seçir.

Heç bir şey sizin icazəniz olmazsa, sizi şadlandırmaz və ya qəmləndirməz. Bu, sizin özünüzsünüz ki, başqalarının hal-əhvalından asılı olmusunuz. Bunu yaddan çıxartmayın ki, sizin özünüzlə heç bir probleminiz yoxdur. Ola bilsin ki, gözəl ailəniz olsun. Övladlarınız və sevimli həyat yoldaşınız. Ancaq buna baxmayarq həyatdan razı deyilsiniz. Bunun səbəbi budur ki, özünüzü düzgün tanımırsınız.
Həyatımızın hədəfi budur ki, böyüyüb, təkamül etməyə çalışaq. Bu yolla kamil insan ola bilərik. İnsan həyatında hədəfini tanımalı və onun üçün səy etməlidir. İnsanların bu həyatdakı arzu və hədəfləri müxtəlif olur. Bu arzulardan biri ideal ailə qurmaq, gözəl övladlara sahib olmaqdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanın bu dünyadakı həyatı dərs həyatına bənzəyir. Biz insanlar həyatın şagirdlərik və ona görə də həyat dərsimizi yaxşı öyrənməliyik.
Başqa sözlə desək, bu mühüm deyildir ki, həyatımızda hər şey mütləq nizamlı və qaydasında olmalıdır. Həyatın bütün hal və hadisələri bizim istəməyimizə görə olmalıdır. Bəlkə biz insanlar bu hadislərlə qarşılaşır və onlarla mübarizə aparırıq. Onlara qələbə çalan zaman isə bir həyat dərsi alırıq. Bu yolla da təkamülə tərəf irəliləyirik.
İnsan əgər qarşıda onu gözləyən hadisələri həyat dərsi kimi qəbul etsə, hədəfi bu olsa ki, dərs otağında yaxşı qiymət alacaq, bu zaman həyata baxışı daha optimist olar.
Həyatınızın ən mühüm anı budur ki, həyatın həqiqətlərini tanımağa çalışarsınız. Gözünüzün önündə bir həyatı təsvir edin ki, hər gün səhər yuxudan duran zaman həyəcanla qalxar və gecələri yatağa gedən zaman isə öz-özünə deyəsiniz ki, qeyri-adi bir gün keçirmisiniz.
 
Həyatımızda özümüz sevinc yaradaq. Unutmayaq ki:
1. Şad olmağın bütün zəruri amilləri daxilimizdə mövcuddur.
2. Həyatın hədəfi budur ki, inkişaf edib, tərəqqi edəsiniz. Bu yolla da insanlığın ali dərəcəsinə çatmış olarıq.
3. Həyatın bütün çətinlikləri həyat dərsləridir. Onlara ehtiram qoyub, onlardan dərs alaq.
4. Ağlınızla dost olmağa çalışın.
5. Başqalarına sevgi göstərmək üçün əvvəl özünüzü sevin.
6. Çətinliklərə qələbə çalmağın tək yolu sevgi və məhəbbətdir.
 
Ona görə də əgər həyatda kefsiz və ya qəmginsinizsə, sevgi bəsləməyi və məhəbbəti yada salın və həyat dərslərindən dərs almağa çalışın.
Əgər daxili sevincimizi xarici amillərlə bağlasaq, heç bir zaman sevinc və şadlığa nail ola bilmərik. Belə ki, xarici amillər insanın özündən asılı deyildir. Hər an dəyişə bilir. Ona görə də xarici amillər sabit olmadığı üçün daxilimizi dəyişə bilərik. Çünki xarici amillər əlimizdə olmasa da daxili amilləri özümüz kontrol edə bilərik.
Həyata daxildən başlayın. Həyat daxildən xaricə axar. Sizin sevincli olmağınız daxilinizdən qaynaqlanır. Qəm və qüssəniz də daxilinizin keyfiyyətinə görədir. Başqa sözlə desək, həyatınızın necəliyi daxilinizdən asılıdır. Ona görə də şad və sevincli olmağa daxildən başlayın ki, xaricinizə də təsir edə bilsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR