Xuşu nədir və necə əldə edilir?

Xuşu nədir və necə əldə edilir?
22:52 12 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)". (əl-Mu'minun, 1-2).
Ayə haqqında Mucahid (rahiməhullahu) belə deyir: "(Allaha hörmətlə boyun əymək kimi tərcümə edilən xuşu sözü) Allaha itaət, Allah qorxusu nəticəsində bədəndə yaranan sükunət, qəlbdə olan qorxu, namaz qılarkən gözlərin aşağı baxması, çiyinlərin də aşağı vəziyyətdə olmasıdır".
Milli.Az zikr.az-a istinadən bildirir ki, Abdullah ibn Ömər (radıyallahu anhumə) isə bu ayənin izahında belə deyir: "Səhabələr namaz üçün qiyama duranda heç bir şeylə maraqlanmaz və bütün varlıqları ilə özlərini namaza verərdilər. Gözlərini səcdə yerinə dikər və Allahın onlara baxdığını düşünərdilər".
Uca Allah xuşulu kişi və qadınlara böyük bir mükafat vəd etmişdir: "Həqiqətən Allah məhz müti kişilər və qadınlar, və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!" (əl-Əhzəb, 35).
Mütilik, müsəlman üçün o qədər önəmli bir haldır ki, Allah Rəsulu daima bu halı Allahdan istəyərdi və bu halın olmamasından da Allaha sığınardı: "Allahım! Sənə rüku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üs­tündə dayanan (bədənim) Sənə tabe oldu!" (Muslim, 1/534. İbn Məcəh istisna olmaqla "Sunən" əsərləri­nin müəllifləri).
Zeyd ibn Arqam (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər bu cür dua edərdi: "Allahım! Faydasız elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan Sənə sığınıram". (Muslim).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR