Volkswagen yeni krossoveri göstərdi - FOTO

Volkswagen yeni krossoveri göstərdi - FOTO
22:57 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Volkswagen" şirkəti "Atlas" adlı yeddiyerlik krossover təqdim etdi. Yeniliyin rəsmi təqdimat mərasimi Santa-Monikada xüsusi tədbirdə keçiriləcək. Model Çattanuqa şəhərindəki (Tennessi ştatı) zavodda istehsal olunacaq. Amerika bazarı üçün "Passat" da burada istehsal olunur. Yeniliyin əsas rəqibləri "Toyota Highlander", "Honda Pilot" və "Ford Explorer" olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Volkswagen Atlas" şirkətin təkcə ən geniş krossoveri deyil, həm də MQB platformasında yığılan ən böyük avtomobildir. Krossover qabaritlərinə görə "Touareg"-i ötüb. "Atlas"-ın uzunluğu 5 metrdən çoxdur, eni isə 2 metrə yaxındır. Salon daha çox "Tiguan"-a oxşayır. Cihazların yerləşməsi, qabaq panel və mərkəzi tonnelin dizaynı elə prototipdəki kimi qalıb. Yeniliklər yalnız bəzi materiallarda oldu: lak örtüyü relyefli gümüşü plastikə dəyişiblər, ağac əlavələr isə yalnız torpedanın yuxarı hissəsində qalıb.

Şimali Amerika bazarı üçün yenilik 238 a.g. olan 2,0-litrlik TSI mühərriki alacaq. Müştərilərə, həmçinin 280 a.g. olan 3,6-litrlik V6 təklif ediləcək. Hər iki mühərrik 8-pilləli avtomat + sürət qutusu ilə çalışacaq. Avtomobilin dinamik xarakteristikası barədə hələlik məlumat yoxdur. O, noyabr ayında Los-Ancelesdəki avtosalonda "Atlas"-ın rəsmi təqdimatı zamanı məlum olacaq.
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR