Həcərül-Əsvəd nəyin həsrətindədir?

Həcərül-Əsvəd nəyin həsrətindədir?
23:12 12 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Həcərül-Əsvəd Kəbədəki qara daşın adıdır. Oval formalı bu daşın diametri təqribən 50 santimetrdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu daşın maraqlı tarixi var. Bu daş cənnətdən Həzrət Adəmlə (ə) birlikdə Yerə gətilib və Həzrət Nuhun (ə) tufanında torpağın altında qalıb. Daha sonra İbrahim (ə) tərəfindən tapılıb və Kəbədə yerləşdirilib. Peyğəmbərin (s) besətindən əvvəl bu daş Kəbədən uzaqlaşdırılmışdı. Lakin Peyğəmbər (s) onu yenidən Kəbədə yerləşdirdi. Dəfələrlə İslam düşmənləri bu daşı yox etməyə çalışıblar. Amma müvəffəq olmayıblar. İndi hacılar təvaf edən zaman və bu daşa çatan zaman onu öpürlər və onun üzərinə əl çəkərək onunla əhd-peyman bağlayırlar. Peyğəmbərdən (s) nəql olunur ki, "Həcərül-Əsvəd Allahın yerdəki əlidir və kim ona əl sürtsə, Allahla peyman bağlayır".

Allah Adəm övladlarını yaradanda onlardan əhd aldı və sonra hələ bir mələk olan Həcərul-Əsvədi adlandırdı və əmr etdi ki, Adəm övladlarının əhdini öz qəlbində saxlasın. Ona görə də, Həcərül-Əsvədə əl sürtmək, əslində, Allahla əhd bağlamaq anlamına gəlir. Qiyamət günü Həcərül-Əsvəd şəhadət verəcək ki, kimlər onun yanında Allahla əhd bağlayıb. Peyğəmbər (s) həmişə Kəbəyə gedən zaman Həcərul-Əsvədə əl sürtərdi və Allahla öz əhdini təzələyərdi. Rəvayət olunur ki, İmam Zaman ağa (ə.c) zühur edəndə Kəbənin ətrafında zahir olacaq və Həcərül-Əsvədin yanına gedəcək və ona söykənəcək. Bu zaman Həcərül-Əsvəd ağ quş şəklində olacaq və İmama (ə.c.) beyət edəcək və İmamın-Xilaskarın (ə) bütün aşiqləri də onunla beyət edəcəklər, Həcərül-Əsvəd də bu peymanlara şahidlik edəcək.

Həcərül-Əsvəd Kəbəyə gedən və onun ətrafında təvaf edən, onu öpən hacıların İmamın (ə.c) zühur edəcəyi gündə İmamla (ə) peymanlarının şahidi olacaq.

Hər bir əl Həcərül-Əsvədə toxunmaq, onu öpmək həsrətindədir.

Həcərül-Əsvəd isə İmam Mehdinin (ə.c) əlini öpmək həsrətində...

Əhli-Beytdən(ə.s) gələn rəvayətlərdə bildirilir ki, Həcərül-Əsvəd üstün bir aləmdə həqiqət və nurani bir cövhər şəkildə olub. Həzrət Adəm (ə) Cənnətdə yaşayan zaman onunla tanış olub və bu nurani cövhər Adəmin (ə) Allahpərəstlik əhdinin şahidi olub. Həzrət Adəm (ə) Cənnətdən Yerə endirilən zaman Həcərül-Əsvəd də qeyb aləmindən bir daş şəklində Yerə endi. Adəm (ə) daşı görən zaman onu tanıdı və Cənnət yadına düşdü və Cənnətdəki unutduğu əhdini xatırladı. Sonra onu götürdü və Kəbə evində yerləşdirdi. Ondan sonra ibadət vaxtı bu daşın yanına gedərdi və öz Allahpərəstlik əhdini təzələyərdi. Allah lövhi-məhfuzda bu cür qərar verdi ki, Adəm (ə) övladları da bu daşın yanına getsinlər və onu görməklə Cənnəti və özlərinin İlahi əhd-peymanlarını yada salsınlar və bunu ənənə halına salsınlar.

Həcc mərasimini və öz ilahi əhd-peymanları yeniləməyi ixlasla yerinə yetirənlərin əməlləri İlahi dərgahda qorunur və qəbul olur. Və onlar Qiyamətdə də öz mükafatlarına çatacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR